"Brabus" "Mercedes-Maybach" krossoverini superkara çevirib

Avtodünya 13 Noyabr 2021 17:45 Oxunub 2174
"Brabus" "Mercedes-Maybach" krossoverini superkara çevirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Brabus atelyesi dəbdəbəli Mercedes-Maybach GLS 600 modelini 800 at qüvvəli superkara çevirib. Dəbdəbəli alman krossoveri 100 km/saat həddini 4,5 saniyəyə toplayır. GLS 600 modeli idarə olunan çəpərcikləri və aşağı əks-təzyiqə malik olan yeni buraxılış sistemini, 24-düymlük təkərləri, habelə ən nazik dəri ilə üzlənmiş və rənglənməmiş karbonplastikdən hazırlanmış dekorativ işləmələri olan Brabus Masterpiece salonunu əldə edib.

 

Mercedes-Maybach GLS 600 modelinin gücünü Brabus 800 GT 4 “raketinin” reseptinə uyğun olaraq artırıblar. Standart 4,0-litrlik V8 biturbomühərrikini PowerXtra B40S-800 dəsti ilə təchiz ediblər. İri turbokompressorların tətbiqi və üfürmənin təzyiqinin artırılması mühərrikin gücünü 558-dən 800 at qüvvəsinə, fırlanma anını isə 730-dan 950 Nm-ə qədər artırmağa imkan verib.

Təkmilləşdirmələrdən sonra, krossover 100 km/saat həddini 4,5 (- 0,4 saniyə) saniyəyə toplayır və 300 km/saata (+50 km/saat) sürətlənir.  Müvafiq saundtrekə idarəedilən çəpərcikləri, iki iş rejimi və keramika ilə örtülmüş ucluqları olan idman buraxılış sistemi cavabdehdir.

 

Zahiri cəhətdən 800 at qüvvəli krossoveri karbonplastiklə işlənmiş yeni ön bamperi və işlək arxa diffuzoru sayəsində asanlıqla tanımaq olar. Pnevmoasqının yeni idarəetmə bloku avtomobilin klirensini 25 millimetr aşağı salıb. Üstəlik, krossoveri 24-düymlük Monoblock M Platinum Edition təkər diskləri və firma əyləcləri ilə təchiz ediblər.

Krossoverin interyeri Maybach markasının imicinə uyğun tərtib olunub. Əllə tikilmiş Brabus Masterpiece salonu oturacaqlarda Double Cube tikişləri olan Leonis Orange rəngli yumşaq dəri ilə üzlənmiş, rənglənməmiş karbonplastikdən dekorla işlənmiş, pedalların alüminium örtükləri və “tünd xromdan” elementlər ilə bəzədilmişdir.

 

Qalan cəhətdən bu adi Mercedes-Maybach GLS 600 modelidir. Avtomobilin təchizatına elektrik tənzimləməsinə, qızdırılma, havalandırma və massaj funksiyalarına malik olan oturacaqlar daxildir. Arxa sərnişinlərin ixtiyarına fərdi temperaturu təmin edən və havanın təmiziliyə nəzarəti həyata keçirən, habelə ayaq zonasında qızdırıcıları olan havalandırma bloku verilib. Maybach modellərinin standart təchizatına 27 dinamiki, 24-kanallı gücləndiricisi və danışıq qurğusu olan Burmester səs sistemi də daxildir.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh