Britaniyada avtomobil istehsalı son 40 ildə ən aşağı səviyyəyə düşüb

Sentyabr ayında Böyük Britaniyada avtomobil istehsalı ötən ilin sentyabrı ilə müqayisədə 41,5 faiz azalıb.
Ötən ay ölkə ərazisində 67 169 avtomobil istehsal olunub ki, bu da 1982-ci ildən sonra qeydə alınan ən aşağı göstərici olub.
Qeyd olunur ki, bu sahənin pandemiyadan əvvəlki səviyyəyədək bərpa olunmasına istehsal prosesində dayanmalar, yarımkeçiricilərin çatışmazlığı, tələbin azalması kimi amillər mane olur.
Araşdırmalar nəticəsində məlum olub ki, detal çatışmazlığı, logistika xərcləri, sifarişlərin azalması ilə əlaqədar Böyük Britaniyada avtomobil istehsalçılarının 80 faizindən çoxu ziyan çəkib.
Mütəxəssislər hesab edir ki, ölkədə avtomobil istehsalı sahəsindəki mövcud vəziyyət 2022-ci ilin üçüncü rübünədək davam edə bilər.///ted.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












