Brüsseldə Uber-in taksi proqramı bağlanacaq

Belçika mətbuatına görə, Brüssel Apelyasiya məhkəməsi, 2015-ci ildə Uber əleyhinə çıxarılan aşağı məhkəmənin qərarını təsdiqləyib.
Marja xəbər verir ki, məhkəmə, telefon proqramı ilə taksi xidməti təqdim edən Uber-in Brüsseldəki fəaliyyətinin dayandırılmasına qərar verib. Sürücülər proqramı istifadə edərək işləyə bilməyəcəklər.
Proqramdan 26 Noyabr cümə axşamından etibarən istifadə etmək mümkün olmayacaq.
Uber-in Brüsseldə təxminən 2 min lisenziyalı sürücüsü var.
Uberin Belçika üzrə nümayəndəsi Laurent Slits lisenziyalı sürücülərin gəlir əldə edə bilməyəcəyini və bundan dərin narahat olduqlarını bildirib. O, məhkəmə qərarının köhnə qaydalara əsasən qəbul edildiyini, hökumətin 7 ildir qaydaları yeniləmədiyini qeyd edib.
ABŞ şirkəti Uber, Brüsseldə 2014-cü ildə fəaliyyətə başlamış və o dövrdə lisenziyası olmayan xüsusi avtomobil sahibləri ilə çalışırdı. Brüssel Məhkəməsi 2015-də Uber-in taksi xidməti göstərmək üçün lazım olan şərtləri yerinə yetirmədiyinə və qeyri-qanuni olduğuna hökm etmişdi.
Qərarın ardından Uber, Brüsseldə lisenziyası olan sürücülərlə işləməyə başlamışdı.
Uber, daha münasib qiymətlə nəqliyyat imkanı təmin edir.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












