"Bugatti" və "Rimac" rəsmi olaraq birləşiblər
Bugatti Automobiles şirkəti və elektrik hiperkarlarının istehsalçısı kimi tanınan Rimac Automobili şirkəti birləşdikləri barədə rəsmi məlumat veriblər. Bugatti Rimac adlandırılmış yeni birgə müəssisiənin müvəqqəti mənzil qərargahı Zaqreb yaxınlığındakı Sveta-Nedelya şəhərində yerləşəcəkdir. Birgə müəssisədə 450 əməkdaş çalışacaq, müəssisəyə rəhbərliyi isə, Mate Rimatz özü həyata keçirəcəkdir.
Bugatti Rimac şirkətinin Müşahidə Şurasına Oliver Blum və Lutz Meşke daxil olublar. Hər iki şəxs Bugatti şirkətinin tərəfdaşı olan Porsche şirkətinin nümayəndəsidir. Əvvəllər Porsche Rimac şirkətinin 24 fazilik səhmlərinə malik idi, indi isə almanlar yeni müəssisənin səhmlərinin 45 faizinə sahib olublar.
Səhmlərin 55 faizlik nəzarət paketi isə Rimac Automobili şirkətinə məxsusdur. 2018-ci ildən Bugatti şirkətinə rəhbərlik edən Stefan Vinkelmann isə, şirkəti tərk edərək Lamborghini şirkətinin baş direktoru vəzifəsinə keçəcəkdir.
İlk zamanlarda, Bugatti Rimac şirkətinin mənzil-qərargahı Sveta-Nedelya şəhərində yerləşəcəkdir və sonradan Rimac Campus elmi-tədqiqat mərkəzinə köçəcəkdir. Yeni qərargah Rimac şirkətinin köhnə qərargahının yaxınlığında yerləşəcəkdir. 200 min kvadrat metr sahəsi və 200 milyon dollar qiyməti olan kompleksin inşasının 2023-cü ildə başa çatdırılması planlaşdırılır.
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
Almanları birləşdirən avtomobil - FOTOLAR
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR











