BYD şirkəti Song Pro modelini yeniləyib - FOTO

BYD Song Pro krossoverinin ikinci nəsli Çin bazarına 2019-cu ildə daxil olub və dərhal alıcıların diqqətini cəlb edib. Hətta, pandemiyanın tüğyan etdiyi 2020-ci ildə, Nissan X-Trial və ya Mitsubishi Outlander modelləri ilə bənzər ölçülərə malik olan krossover 93 min nüsxədə satılıb. Bununla birlikdə, istehsalçı krossoveri yeniləmək qərarına gəlib.
4650 millimetr uzunluğunda malik olan yenilənmiş BYD Song Pro modeli zahiri cəhətdən demək olar ki, dəyişməyib. Yenilənmiş krossoveri genişləndirilmiş radiator barmaqlığı və yeni tərtibatlı bamperləri sayəsində tanımaq olar. Ancaq başqa maraqlı məqam var: modelin ön emblemi indi ayrı lövhədə deyil, radiator barmaqlığının yuxarı çubuğunda yerləşir.
Bununla belə, avtomobilin salonu tamamilə yenilənib. Bütün oturacaqlar və qapı tutacaqları da daxil olmaqla, salondakı hər şeyi demək olar ki dəyişdirilib. Havalandırma sisteminin mərkəzi deflektorları aşağı endirilib, mərkəzi konsolun altında USB konnektorları olan geniş “anbar” quraşdırılıb, habelə iki rəngli tərtibat təklif olunur.
Ən vacib yenilik - ənənəvi cihazlar panelindən imtinadır: onun əvəzinə, sükan sütununda ən vacib məlumatları əks etdirən kiçik ölçülü ekran yerləşidirilib. Eyni zamanda, məsələn, Wey avtomobillərində olduğu kimi, proyeksiya ekranı hələ də təklif edilmir: ətraflı məlumat almaq üçün mediasistemin böyük ekranına nəzər salmaq lazımdır. 12,8-düymlük ekranı həm üfüqi, həm də şaquli vəziyyətdə yerləşdirmək olar – displey əl ilə 90 dərəcə döndürülür.
Texniki dəyişikliklər də var: 1.5-litrlik benzin turbomühərriki təkmilləşdirilib. Əvvəllər 160 at qüvvəsi və 245 Nm fırlanma anı hasil edən mühərrik, hazırda 185 at qüvvəsi və 288 Nm təklif edir. Altı pilləli preselektiv "robot" isə yerini daha davamlı iki muftalı yeddi pilləli transmissiyaya verib. Mexaniki transmissiya ümumiyyətlə olmayacaq. Benzin mühərriki ilə təchiz edilən modifikasiya ön ötürməlidir və 100 km/saat həddinə 10,8 saniyəyə sürətlənir. Bir qədər sonra, krossoverin tam ötürməli hibrid (324 və ya 473 at qüvvəli) və elektrik (163 və ya 184 at qüvvəli) versiyaları da yenilənəcəkdir.
Çində restaylinqdən əvvəlki BYD Song Pro modelinin qiyməti 13,700 dollardan başlayır, lakin yaya yaxın satışa çıxacaq yenilənmiş avtomobil daha bahalı olacaqdır. Çin markası Song Pro modelini digər ölkələrə ixrac etməyi planlaşdırmır./autograph
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ
“Volkswagen” yeni bazarlar axtarır














