"Chery" "Tiggo 8 Plus" modeli tam ötürməni əldə edib
Chery markasının ən bahalı krossoveri olan yeddi nəfərlik Tiggo 8 Plus modeli növbəti təkmilləşdirməyə məruz qalıb. Krossover zahiri cəhətdən cüzi dəyişib, lakin çoxdan gözlənilən tam ötürmə sistemini və yeni 2,0-litrlik Kunpeng turbomühərrikini əldə edib.
2,0-litrlik Kunpeng mühərriki 254 at qüvvəsi və 390 Nm fırlanma anı hasil edir. Odur ki, Çində yeni versiya 390T indeksinə malikdir. Tiggo 8 Plus 390T modeli 100 km/saat həddini 7,3 saniyəyə toplayır. Qarışıq rejimdə krossover 100 kilometrə yeddi litrə qədər yanacaq səırf edir.
Tam ötürmə sistemi hələlik yalnız Kunpeng turbomühərriki ilə təchiz edilən ən bahalı Tiggo 8 Plus modelində quraşdırılır - arxa oxdakı qoşma muftasına əlavə olaraq, 7-pilləli "robot" yenidən tənzimlənib, menyuda isə xüsusi idarəetmə rejimləri peyda olub.
Yeni krossoveri tanımağın ən asan yolu arxa tərəfə baxmaqdır: top versiyanın markerləri şəffaf reflektorlu fənərlər, həmçinin buraxılış sisteminin dörd ədəd xromla örtülmüş çıxış borularıdır. Ön bamperin və radiator barmaqlığının tərtibatı dəyişdirilib, lakin faktiki olaraq dizaynerlər yazda qoşulan hibriddə sınaqdan keçirilmiş həlli tətbiq ediblər.
Lokal yenilənmədən sonra, Çində təklif edilən Chery Tiggo 8 Plus modelinin salonu dəyişməyib, ona görə də alıcılar üç displeyi olan eyni rəqəmsal kokpiti əldə edəcəklər - 12,3-düymlük ekranlar virtual cihazlar panelini və məlumat-əyləncə kompleksini təşkil edir, 8-düymlük sensor ekran isə klimat-kontrolun tənzimləmələrinə cavabdehdir.10 dinamikli səs sistemi və yüksək keyfiyyətli Beidou naviqasiyası bütün Tiggo 8 Plus Kunpeng modellərində standartdır.
Kunpeng mühərrikli Tiggo 8 Plus modelini artıq Çində 141.900 yuandan başlayan qiymətlərlə sifariş etmək olar, lakin tam ötürməli top versiya ön ötürməli krossoverdən 20% baha olacaqdır.
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










