"Chevrolet Corvette Stingray" modeli “çempion” versiyasına sahib olub - FOTO

Corvette modelinin istehsalı mikroçip çatışmazlığı səbəbindən dayandırılıb, lakin General Motors konserni modelin cari modernləşdirilməsini və xüsusi versiyalarının yaradılmasını dayandırmır. Artıq 2022-ci model ilinin Corvette Stingray modeli hazırdır və bir neçə mühüm yeniliiyi əldə edib.
6,2-litrlik V8 LT2 mühərriki dartma xüsusiyyətlərini yaxşılaşdırmalı olan yeni yanacağın birbaşa püskürdülməsi sistemi ilə təchiz edilib. Bununla belə, mühərrikin gücü dəyişməyib: adi halda güc 497 at qüvvəsidir, birbaşa axınlı buraxılış sisteminin quraşdırılması halında hasilat 502 at qüvvəsinə qədər artır.
Bundan başqa, yeni kuzov rəngləri peyda olub, əlavə antiqanad isə, Z51 Sport paketindən ayrı da sifariş etmək mümkündür. 2022-ci model ilinin Corvette modelinin qiyməti 62.200 dollardan başlayır, lakin belə avtomobillərin istehsalı yalnız üçüncü rübün sonunda başlanacaqdır.
Üstəlik, belə kupe və rodsterlər Chevrolet Corvette Stingray IMSA GTLM Championship Edition adlı xüsusi versiyada təklif olunurlar. Bu versiya, Corvette Racing komandasının keçən il IMSA yarış seriyasının GT Le Mans kateqoriyasında əldə etdiyi zəfərinə həsr olunub. Yeri gəlmişkən, bu, yeni nəsil Corvette C8.R modeli üçün debüt mövsümü idi.
Championship Edition versiyasından olan yol avtomobilləri 3 və 4 nömrəli C8.R yarış avtomobillərinin üslubunda tərtibata malikdir: onlar oxşar rəng sxeminə, böyük antiqanada və sarı əyləc supportlarına sahib olublar. Salonda idman oturacaqları, sarı təhlükəsizlik kəmərləri, zəngin təzadlı dekor və oturacaqlar arasındakı xatirə lövhəsi var.
Texniki cəhətdən heç bir dəyişikliik yoxdur, amma bütün “çempion” kupe və rodsterləri standart olaraq Z51 paketi ilə təchiz olunur. IMSA GTLM Championship Edition versiyası üçün əlavə ödəniş 6,600 dollardır. Xüsusi seriyadan olan avtomobillər 1000 nüsxəlik tirajla buraxılacaqdır.


"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA










