Çində avtomobil satışı iyulda 12% azalıb, yanvar-iyulda 19% artıb

Bu ilin iyul ayında Çində avtomobil satışları illik müqayisədə 11,9% azalaraq 1,864 mln. vahid təşkil edib.
"APA-Economics"in məlumatına görə, bu barədə diler mərkəzlərinin avtomobil satışlarına nəzarət edən Çin Avtomobil İstehsalçıları Birliyinin (CAAM) açıqlamasında deyilir.
Dünyanın ən böyük avtomobil bazarında satışlar ardıcıl olaraq üçüncü ay azalır. Buna baxmayaraq, satışların azalma tempi bir qədər yavaşlayıb. Belə ki, iyunda Çində avtomobil satışlarında illik olaraq 12,4% azalma qeydə alınmışdı.
CAAM nümayəndələrinin fikrincə, satışların azalması dünya bazarında yarımkeçirici çatışmazlığının davam etməsi, xammal qiymətlərinin artması, həmçinin Çində COVID-19-un yenidən yayılması ilə əlaqədardır.
Ötən ay minik avtomobillərinin satışları 7% azalaraq 1,551 mln., kommersiya avtomobillərinin (SUV) satışı isə 30,2% azalaraq 312 min vahid təşkil edib.
İyul ayında avtomobil satışlarının ümumi həcmi əvvəlki ayla müqayisədə 7,5% azalıb.
Bu arada, yanvar-iyul aylarında ölkədə avtomobil satışları illik ifadədə 19,3% artaraq 14,756 mln. vahidə çatıb. Minik avtomobillərinin satışları 21,2% artaraq 11,56 mln. vahid olub.
İyulda Çində 1,863 avtomobil istehsal olunub ki, bu da iyun ayı ilə müqayisədə 4,1%, 2020-ci ilin eyni ayı ilə müqayisədə isə 15,5% azdır. Bu ilin əvvəlindən ölkədə 14,44 mln. avtomobil istehsal edilib ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 17,2% çoxdur.
CAAM-ın hesabatına görə, iyul ayında yeni enerji mənbələri (NEV) ilə işləyən avtomobillərin satışı illik ifadədə 160% artaraq 271 minə çatıb. Onların istehsalı isə 170% artaraq 184 min təşkil edib. Yanvar-iyulda NEV satışları təxminən 1,48 mln. olub və bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










