DS 4 modelinin yeni nəslinin debüt tarixi açıqlanıb

PSA konserninə məxsus olan DS Automobiles şirkəti 4 indeksini daşıyan yeni hetçbekin təqdimat tarixini açıqlayıb - 3 fevral. Model, ekrana toxunmadan idarə edilən multimedia sistemini və hibrid güc qurğusu da daxil olmaqla, qeyri-adi opsiyaları əldə edəcəkdir.
DS 4 modelinin əsasını çoxsaylı kompozit materiallara malik olan təkmilləşdirilmiş EMP2 platforması təşkil edəcəkdir. Hetçbek bu arxitekturanı flaqman modeli olan DS 9 sedan ilə bölüşəcəkdir.E-Tense top versiyası tərkibinə 180 at qüvvəli benzin turbömühərriki və 110 at qüvvəli elektromotor daxil olan hibrid güc qurğusuna sahib olacaqdır. Sırf elektrik ötürməsi ilə hetçbek 50 kilometr məsafə qət edəcəkdir.
Yeni DS 4 modelinin maraqlı xüsusiyyətlərindən biri, əl jestlərini qısa məsafədən tanıyan ekranla təchiz edilmiş multimedia sistemidir - multimedianı idarə etmək üçün ekrana toxunmağa ehtiyac yoxdur. Yeni hetçbek tamamlanmış reallıq texnologiyasını dəstəkləyən proyeksiya displeyini və infraqırmızı gecə görmə kamerasını əldə edəcəkdir. Bundan əlavə, premium hetçbekin avadanlıq siyahısına təkmilləşdirilmiş iqlim sistemi, ikinci səviyyəli avtopilot, elektron idarəetməli amortizatorları olan asqı sistemi və matrisa fənərləri daxildir.
DS 4 modelinin yeni nəsli 2021-ci ilin sonuna qədər Avropa bazarında satışa çıxarılacaqdır./milli.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












