Dünya avtomobil sənayesi maqnezium qıtlığı riski ilə üzləşib

Çində maqnezium tədarükündə yaranana fasilələr fonunda bütün dünyada avtomobil istehsalı gələn ilin əvvəlində dayandırıla bilər.
APA-nın "Financial Times"a istinadən verdiyi məlumata görə, maqnezium avtomobillərin istehsalında istifadə olunan alüminium ərintilərinin yaradılmasında əsas komponent kimi tətbiq olunur.
Məlumata əsasən, Çindəki enerji böhranı Şensi əyalətində 50 maqnezium əritmə zavodundan 35-nin işinin dayandırılmasına səbəb olub. Qalan müəssisələr isə elektrik enerjisinin istifadəsini azaltmaq üçün istehsalı iki dəfə endiriblər.
Qeyd olunan bölgə Çinin əsas maqnezium mədən bölgələrindən biridir, Çinin isə payına qlobal maqnezium istehsalının 80%-i düşür.
Maqnezium çatışmazlığı fonunda Avropaya tədarük qiymətləri artıq tarixi maksimuma çatıb. Belə ki, sözügedən metalın bir tonunun qiyməti son bir ayda 75% artaraq 9 min ABŞ dollara çatıb.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












