Dünya liderlərinin dillərə dastan olan zirehli avtomobilləri - FOTO

Avtodünya 26 Aprel 2021 14:50 Oxunub 2962
Dünya liderlərinin dillərə dastan olan zirehli avtomobilləri  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dünya liderlərinin avtomobilləri hər zaman maraq dairəsində olub. Zaman-zaman bu barədə yazılsa da, hər zaman aktual olan bu mövzuya bir daha qayıdırıq. Baxaq görək dünya ölkələrinin rəhbərləri hansı avtomobillərdə gəzir.
İlk olaraq elə Respublikamızın Prezidenti İlham Əliyevin rəsmi səfərlərdə istifadə etdiyi zirehli “Maybach 62" limuzinindən başlayaq.
 
Bu avtomobilin qiyməti 352 min dollardan başlayır. “Maybach 62" -nin salonundakı dəyişiklik və dizayndan asılı olaraq qiyməti də artır. 
Bundan başqa, onun ixtiyarında xidməti istifadəsi üçün sifarişlə hazırlanmış ”Mercedes-Benz W221 S600 Guard Pullman" zirehli avtomobili də var. Dünyada ən bahalı və lüks maşınlar siyahısında liderlərdən biri olan ”Mercedes-Benz W221 S600 Guard Pullman"-nın başlanğıc qiyməti 500 min avro civarındadır.
 
 
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da "Mercedes S600" markalı maşından istifadə edir. Bu maşında bütün təhlükəsizlik tədbirlərinə tam riayət olunub. Ərdoğanın kortejinə 7 avtomobil daxildir. Bununla belə, bu yaxınlarda onun kortejinə “BMW 760 Long” modeli daxil edilib. 512 at güclü, 12 silindirli mühərriklə təchiz edilmiş avtomobil texnologiyanın bütün yeniliklərini özündə daşıyır. Zirehli avtomobildə eyni zamanda bioloji silahlardan qorunmaq da mümkündür.
 
ABŞ-ın yeni prezidenti Co Baydenin avtomobili görənləri təəccübləndirir. Onun ön şüşələri 5 qatlıdır və güllə keçirmir. Qapıları 20 sm-lik zirehdən ibarətdir. Ayaq hissəsində gülləkeçirməz zireh var. Prezidentin şüşələri tam olaraq aşağı enmir. Ön faraların altında 2 ədəd kiçik həcmli raket və gözyaşardıcı qaz yerləşir. Pentaqonla birbaşa bağlantı yaradan telefon xətti ilə hər cür təhlükəyə hazır olan Baydennin sürücüsü də hər növ partlayıcını zəzərsiz hala gətirə bilmək üçün bir il təlim keçir.

Rusiya prezidenti Vladimir Putin adətən alman maşınlarına üstünlük verir. Onun kortejinə “Mercedes G-Class”, “Mercedes E-Class”, standart model S-Class, “BMW 5-Series” və “Volkswagen Caravelle” daxildir. Putin son zamanlar Rusiya istehsalı olan "Auris" limuzinindən istifadə edir.

Böyük Britaniya kraliçası II Yelizavetanın 5 ədəd “Rolls-Royce” avtomobili var. Kabriolet tipli “Rolss-Royce Phantom VI” kral ailəsinin ən sevimli maşınıdır. Bu avtomobil kraliçaya 1978-ci ildə “Avtomobil istehsalçıları və satıcıları” birliyi tərəfindən hədiyyə edilib. 
“Volkswagen” konserni tərəfindən kraliçaya 50 illik yubileyi münasibətilə hədiyyə edilən “Bentley Arnage Red Label” modeli nadir avtomobillərdən biridir. Bu avtomobil kondisioner və barla təchiz edilib. Avtomobilin qiyməti 475 min avrodur.

Çin Xalq Respublikasının rəhbəri Si Cinpin dövlət işlərində 801 minlik “Hongqi Limousine” avtomobilindən istifadə edir.

Almaniya kansleri Angela Merkel “Audi A8"-ə üstünlük verir.

Fransa prezidenti Makron isə DS 7 COSSBACK istifadə edir.
 
 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh