Dünyadakı elektromobillərin 60 %-ə yaxını Çində yığılır

Bu ilin 9 ayında dünyada 2,9 milyon elektrikli avtomobil satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
Bu barədə “JATO Dynamics” analitik şirkəti məlumat yayıb.
Şirkətin hesablamalarına görə kommersiya nəqliyyatı, Yaxın Şərq, Mərkəzi Asiya və Latın Amerika regionlarının bir hissəsindəki satışlar daxil edilməyib. Beləliklə qlobal avtomobil bazarında elektromobillərin payı 5,8 %-ə çatıb.
Dünyanın ən iri avtomobil bazarı olan Çində bu il satılan elektromobillərin 45 %-i yerli istehsalçıların payına düşüb. Hesabat dövründə onların qlobal satışlarda payı 15 % olub. Dünya üzrə elektrikli avtomobillərin 60%-ə yaxını Çində yığılıb. Bu ölkədə istehsalı olan şirkətlərə “Tesla”, “Volvo”, “Polestar” və “BMW” aiddir. Yaxın vaxtlarda “Volkswagen” və “Mercedes-Benz” də onlara qoşulacaq. (Report)
Çində 4 milyon elektromobil geri çağırılır – Səbəbi isə bu imiş
"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI










