Dünyadakı elektromobillərin 60%-ə yaxını - ÇİNDƏ YIĞILIR

Bu ilin 9 ayında dünyada 2,9 milyon elektrikli avtomobil satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
Avtosfer.az Report-a istinadən xəbər verir ki, bu barədə “JATO Dynamics” analitik şirkəti məlumat yayıb.
Şirkətin hesablamalarına görə kommersiya nəqliyyatı, Yaxın Şərq, Mərkəzi Asiya və Latın Amerika regionlarının bir hissəsindəki satışlar daxil edilməyib. Beləliklə qlobal avtomobil bazarında elektromobillərin payı 5,8 %-ə çatıb.
Dünyanın ən iri avtomobil bazarı olan Çində bu il satılan elektromobillərin 45 %-i yerli istehsalçıların payına düşüb. Hesabat dövründə onların qlobal satışlarda payı 15 % olub. Dünya üzrə elektrikli avtomobillərin 60%-ə yaxını Çində yığılıb. Bu ölkədə istehsalı olan şirkətlərə “Tesla”, “Volvo”, “Polestar” və “BMW” aiddir. Yaxın vaxtlarda “Volkswagen” və “Mercedes-Benz” də onlara qoşulacaq.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












