Dünyanın ən bahalı avtomobili - “Rolls-Royce Boat Tail”

“Rolls-Royce’un Boat Tail” adını verdiyi bu model 2019 Cenevrə Avtoşou’sunda satılan və 11.5 milyon sterlinq dəyərindəki “Bugatti La Voiture Noir” modelini geridə qoyaraq dünyanın ən bahalı avtomobili olub. Belə ki, sahibi üçün xüsusi olaraq dizayn edilən avtomobil fantastik bir qiymətə sahibdir: 28 000 000$.

Avtosfer.az xəbər verir ki, son nüsxəsi 2016’cı ildə buraxılmış “Phantom Drophead Coupe” modelinə əsaslanan “Boat Tail”in hazırlanmasına 4 il vaxt sərf edilib. Bu avtomobil sadəcə 3 ədəd istehsal ediləcək.
.jpg)
Avtomobilin əsas xüsusiyyəti bahalı yaxtalara əsaslanaraq yaradılan tamamilə orijinal arxa hissəsidir. Adi baqaj qapağının yerinə elektrik ötürməsi ilə 67 dərəcəyə qalxan iki qapaq quraşdırılıb və qapaqlar ağacla üzlənib.

Baqajın içində isə piknik dəsti var. Burada boşqablar, şərab qədəhləri və çəngəl-bıçaqlar üçün bölmələr mövcuddur. Həmçinin qatlanan masalar və kətillər, habelə iki soyuducu yerləşdirilib. Soyuducuların sabit işləməsi üçün bölmənin alt hissəsinə iki ventilyator və beş elektron bölmə quraşdırılıb. Şirkət, sistemin -20 ilə +80 dərəcə arasında dəyişən hava temperaturunda arzu olunan mikroiqlimi yaradacağını vəd edir.
.jpg)
Bir neçə gün öncə təqdimata çıxarılan “Rolls-Royce Boat Tail” bir neçə saat ərzində 28 milyon dollara yeni sahibinə qavuşub.
Gizli alıcının dünyanın ən məşhur və zəngin cütlüklərindən olan Beyonce və Jay-Z'yə olduğu deyilir.
Aysel
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












