Eksklüziv Porsche 911 sportkarı satışa çıxarılıb - FOTO

Porsche 911 Turbo S modelinin X83 indeksli modifikasiyası təsadüfən işıq üzü görən idman avtomobillərindəndir. Autograph.az saytının bildirdiyinə görə, X-seriyasının yaradılmasının əsas səbəbi, keçən əsrin 90-cı illərinin ortalarında Porsche şirkətinin anbarlarında əvvəlki nəsil modellər üçün nəzərdə tutulmuş yüzə yaxın satılmamış şassinin qalması olub.
Onları utilizasiyaya göndərməmək üçün, alman markasının mühəndisləri 911 modelinin məhdud saylı nəşrlərinin buraxılmasına qərar veriblər. Bu sportkarlar kiçik partiyalarla müxtəlif ölkələrə göndəriliblər.
ABŞ-dakı Bring a Trailer onlayn satış meydançasında X83 versiyasında olan gümüşü rəngli Porsche 911 Turbo S sportkarı satışa çıxarılıb. On nüsxədən ibarət seriyaya daxil olan sportkar 1994-cü ildə buraxılıb və 75.000 kilometr məsafə qət edib.
Porsche 911 Turbo S X83 modeli 10 nüsxəlik tirajla buraxılıb. Bütün sportkarlar gümüşü rəngə boyanmış kuzova, “yastı” ön tərəfə, üzə çıxan ön fənərlərə, genişləndirilmiş kandarlara və arxa qanadlardakı havalandırma girişlərinə sahib olublar.
Bundan başqa, X seriyasından olan modellərin seçilən cəhəti iri arxa antiqanaddır. Qeyd etmək lazımdır ki, belə antiqanadı on avtomobildən yalnız altısı alıb. Nadir Porsche 911 S X83 sportkarlarının hamısı Yaponiyaya göndəriliblər.
İdman avtomobilləri 380 at qüvvəsi hasil edən 3,6-litrlik altısilindrli mühərrik ilə təchiz olunurdular. Güc aqreqatı beş pilləli mexaniki transmissiya ilə tandemdə çalışırdı. Xüsusi seriyanın salonunda qara rəngli əsl dəri ilə üzlənmiş yarış oturacaqları quraşdırılmışdı. Bundan əlavə, modellərin təchizatına elektrik şüşəqaldıranları, kondisioner və radiomaqnitola daxil edilmişdi.
Avtomobilin indiki sahibi nadir Porsche sportkarını 2014-cü ildə alıb və sonradan onu ABŞ-a aparıb. Eksklüziv sportkarın sahibi 420.000 dollar qarşılığında ondan ayrılmağa hazırdır./autograph
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar

















