Elektromobil sektorunda 100 milyard dollarlıq ilk səhm satışı gözlənilir

"Bank of America Corp"a (BofA) görə, bütün dünyada elektrikli vasitə (elektromobil) istifadəsinin artırılması üzrə işlər, bu sektora 2023-cü ilin sonuna qədər təxminən 100 milyard dollarlıq vəsait gətirə biləcək üç illik ilk səhm satışı (initial public offering -IPO) dalğasına səbəb ola bilər.
Marja xəbər verir ki, "Bank of America"nın Sərmayə Bankçılığında rəhbər Patrick Steinemann, "Sektorda batareya, elektromobil istehsalına artan sərmayələr səhmlərin ilkin kütləvi təklifinə gətirib çıxaracaq" deyib.
Steinemann, "hal-hazırda 100 milyard dollara qədər IPO gəlirinin əldə ediləcəyi bir dalğaya doğru irəliləyirik",- əlavə edib.
2021-ci ildə bu sektorda ən böyük ilk təklif elektrikli yük maşını istehsalçısı "Rivian Automotive Inc" tərəfindən olub. Şirkət bu ayın əvvəlində ABŞ bazarından 13,7 milyard dollar cəlb edib və şirkətin səhmləri ilkin kütləvi təklif qiymətilə müqayisədə 47% bahalaşıb.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












