Ən güclü Mercedes-Maybach S-Class debüt edib - FOTO

Yeni nəsil Mercedes-Maybach S-Class sedanı S 680 indeksli ən güclü versiyaya sahib olub: belə sedan 6,0-litrlik V12 mühərriki ilə hərəkətə gəlir. Şirkət hələlik S 680 modifikasiyasının dinamik xüsusiyyətlərini açıqlamayıb və ən güclü Maybach sedanının tam ötürmə sistemini alacağı barədə bir müddət bundan öncə peyda olmuş məlumatı təsdiqləməyib.
Mercedes-Maybach S 680 modelinin debütü Maybach markasının ilk avtomobili olan W3 modelinin 100 illik yubileyinə təsadüf edir. Maybach W3 modeli 1921-1926-cı illərdə istehsal edilmiş və bu beş il ərzində 305 nüsxəlik tirajla buraxılmışdı. Bu avtomobillərdən heç biri günümüzə qədər gəlib çatmayıb.
Yeni Mercedes-Maybach S 680 haqqında təfərrüatlar çox azdır. Alman istehsalçısı V12 emblemi və S 680 indeksi təsvir edilmiş şəkilləri yayımlayıb. Bununla belə, 12-silindrli mühərrikin dəqiq hasilatı açıqlanmayıb: əvvəlki modeldə bu mühərrik 630 at qüvvəsi və 1000 Nm fırlanma anı təklif edirdi./autograph
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
















