Ərəblər böyük sayda dəbdəbəli və zirehli Rusiya avtomobilləri alır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) böyük sayda Rusiya istehsalı Aurus avtomobillərini sifariş edəcək.
Marja xəbər verir ki, bunu Rusiyanın Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov jurnalistlərə bildirib.
“Artıq böyük sifariş verirlər. Avtomobillərin sayını deyə bilmərəm - bu müzakirə prosesindədir. Çox güman ki, bunlar zirehli maşınlar olacaq”, - deyə nazir BƏƏ-yə səfəri zamanı bildirib.
Avtomobil üçün mümkün başqa xarici sifarişlərdən danışan Manturov deyib: “Bu yaxınlarda Qazaxıstanın baş nazirini bizim “Arus” zirehli limuzinimizlə qarşıladılar. Hətta eşitdim ki, Qazaxıstandan sifarişlə bağlı müzakirələr gedir. Konkret nə qədər və kimin sifariş verəcəyi ilə bağlı yekun məlumatım yoxdur”.
Aurus layihəsinin səhmdarlarından biri də "Tawazun" holdinqidir. Aurus-un baş direktoru Adil Şirinovun bildirib ki, Tawazun 2022-ci ildə Aurus Senat-ı Yaxın Şərqə tədarük etməyə başlayacaq. Aurus avtomobillərinin 70%-dən 80%-ə qədərinin 2030-cu ilə qədər ixracı planlaşdırılır, prioritet Yaxın Şərq və Şimali Afrika ölkələrinə, daha sonra Çin və Qərbi Avropaya verilir.
Aurus sıfırdan yaradılmış ilk rus premium avtomobil markasıdır. Aurus Senat modeli üçün minimum qiymət 18 milyon rubl olacaq. İstəyə bağlı sifarişlər də icra olunacaq, onların qiyməti 22 milyon rubla çatacaq.
May ayının sonunda Tatarıstanda Aurus avtomobillərinin seriya istehsalına başlanılıb. Aurus-un səhmdarları Rusiya Federasiyasının Dövlət Elmi Mərkəzi (NAMI) (63,5%), BƏƏ Müdafiə, Təhlükəsizlik və İnkişaf Fondu Tawazun (36%) və Sollersdir (0,5%).
Rusiya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Əmirliklərdə Aurus avtomobilləri üçün satış və salonu açmaq imkanını müzakirə ediblər.
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










