FAW Bestune T55 modelini təqdim edib - FOTO

FAW konserni üç il əvvəl Bestune subbrendi altında yeni krossoverlər seriyasını yaratmağa başlayıb. O vaxtdan bəri T99, T77 və T33 modelləri işıq üzü görüb. İndi isə, əvvəldən nəzərdə tutulmuş kavrtet tam şəkildə formalaşıb – yığcam Bestune T55 modeli təqdim edilib. Yeni krossover, keçən il FAW Bestune B2-Concept şou-karının nümayiş etdirdiyi, gündüz hərəkət iıqlarının xarakterik dişləri, şaquli radiatior barmaqlığı və düzxətli pəncərə haşiyəsi olan yeni korporativ dizayn üslubunda görünüşə malikdir.
Ölçü və format baxımından FAW Bestune T55 modeli Peugeot 3008 və ya Opel Grandland X kimi krossoverlərin sinif yoldaşıdır. T55 modelinin uzunluğu 4437 millimetr, eni - 1850 millimetr, hündürlüyü isə 1625 millimetrdir. Təkər bazasının ölçüsü 2650 millimetr təşkil edir. Krossover standart olaraq 18 düymlük təkər diskləri ilə təklif olunur.
Bestune T55 modelinin əsasını indiyə qədər yalnız minik avtomobillərində istifadə olunan MFA modul platforması təşkil edir. Bununla yanaşı, yeni krossover bu platformanın yarımüstəqil arxa asqısı olan ən sadə versiyasından istifadə edir.
İnteryer günlüksüz paneldə birləşdirilmiş iki ekranı olan müasir üslubda hazırlanıb. Hər iki ekran (cihazlar paneli və mediasistemin displeyi) 12,3 düymlük ölçüdədirlər, lakin klimat-kontrolu idarə etmək üçün bir neçə fiziki düymə və fırlanan dəstək mövcuddur.
Ən zəngin təchizat variantı dəri salona, elektrikli ön oturacaqlara, panoram dama və avtomatik əyləcləmə sisteminə malikdir.
FAW Bestune T55 modeli 169 at qüvvəli 1,5-litrlik benzin turbomühərriki və iki yaş muftası olan yeddi pilləli "robot" ilə təchiz edilir. Ötürmə yalnız ön oxadır, 4x4 versiyası hətta planlaşdırılmayıb: çinli alıcılar tam ötürməyə ehtiyac duymurlar. Maksimal sürət -190 km/saatdır.
Çində yeni krossoverə sifarişlər artıq qəbul olunur. T55 modelini qiyməti 16 min dollardan başlayır./autograph
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ
“Volkswagen” yeni bazarlar axtarır












