"Fiat" "Google" ortaqlığı ilə yeni avtomobil istehsalına başlayıb

Sahələrindəki ən böyük adlardan biri olan Google və Fiat, yeni bir ortaqlıq qurublar. "Hey Google" Fiat 500 seriyası bu ortaqlıqdan gəlib. "Hey Google" Fiat 500 seriyası əsasən üç fərqli modeldən ibarətdir. Burada 500, 500X və 500L modellərini görə bilərik. Rəqəmsal köməkçi Google Assistant hazırlanmış vasitələrin əsasını təşkil edir.
Nəqliyyat vasitələrindəki "Hey Google" ifadəsi buradan qaynaqlanır. Google Assistant Hey Google əmri ilə işə düşür. Hər üç avtomobilin içərisində 7 düymlük ekran və bu ekrandan və ya səslə idarə oluna bilən Google Assistant var. Bu şəkildə, insanlar yalnız köməkçiyə söyləyərək nəqliyyat vasitələrinin bir çox xüsusiyyətlərini idarə edə bilərlər. Google Assistant ayrıca "Fiat"ın Mopar Connect xidməti ilə inteqrasiya olunmuş şəkildə işləyir. Bu şəkildə insanlar köməkçiyə söyləyərək vasitələrinə uzaqdan da daxil ola bilərlər. Bunun üçün Google Nest Hub, "Hey Google" Fiat 500 seriyasından satın alanlara hədiyyə edilir. Əlbətdə ki, Google köməkçisinə giriş telefon kimi digər cihazlardan da edilə bilər. Bu xüsusi Fiat avtomobillərinin yanacaq vəziyyəti və ya qapılarının kilidli olub olmadığı uzaqdan yoxlanıla bilər.
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
Almanları birləşdirən avtomobil - FOTOLAR
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT












