Filmdəki uçan taksilər real həyatda: Bu tarixdən xidmət göstərəcək

Romanın Leonardo da Vinçi adına “Fiumicino” Hava Limanı 2024-cü ildə yeni aerotaksi (uçan taksi) xidməti təqdim edəcəyini açıqlayıb.
Avtosfer.az xəbər verir ki, “Volocopter” adlandırılan aerotaksilər sərnişinləri hava limanından şəhər mərkəzinə çatdıracaq.
Tamamilə ekoloji cəhətdən təmiz və demək olar ki, səssiz olan sözügedən taksi markası “VoloCity helikopter” sinifinə aiddir.
Taksilər xarici görünüşcə “Blade Runner” (1982) və ya “"The Fifth Element” (1997) elmi-fantastik filmlərindəki pilotsuz avtomobilərin dizaynı əsasında hazırlanıb.
Uçuş qiyməti 140 avro göstərilib. Bu gediş qiyməti, ənənəvi adi taksilərdən, təxminən iki dəfə bahadır. Aerotaksilər şəhər tıxaclarından yan keçməklə cəmi 10 dəqiqəyə ünvanda olacaq.
Taksilər “Fiumicino” limanının ərazisindəki xüsusi ərazisindən havaya qalxacaq. Şəhərin mərkəzinə çatma məntəqəsi isə hələlik məxfi saxlanılır.
Birinci mərhələdə pilot kabinəsində bir sərnişin və bir pilotun olması planlaşdırılır.
Malların daşınması üçün isə nəqliyyat vasitələrinin pilotsuz rejimdə istifadəsi planlaşdırılır. İlkin olaraq 6 aerotaksinin fəaliyyətə başlayacağı gözlənilir.
Qeyd edək ki, Alman şirkəti olan “Volocopter” 2011-ci ildən təyyarələrini sınaqdan keçirir.
lent.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












