Reklam

"Ford Focus" ailəsi yenilənib

Avtodünya 15 Oktyabr 2021 16:32 Oxunub 1116
"Ford Focus" ailəsi yenilənib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ford şirkətinin Avropa bölməsi dördüncü nəsil Focus modelinin yenilənmiş versiyasını təqdim edib. Yenilənmiş model xarici görünüşü ilə fərqlənir. Bundan əlavə, yenilənmiş Focus modeli yeni nəsil məlumat-əyləncə sistemini, hibrid versiyası üçün yeddi pilləli “robotu” və ST versiyası üçün yeni kuzov rəngini əldə edib. Yenilənmiş Focus modelləri 2022-ci ilin birinci rübündə Avropadakı dilerlərə göndəriləcəkdirlər.

Ford Focus modeli nəzərəçarpacaq dərəcədə yenilənmiş ön hissəyə sahib olub. Artıq model standart olaraq LED fənərlərlə təchiz edilir, əlavə ödəniş qarşılığında isə adaptiv fənərləri quraşdırmaq olar.

Bundan əlavə, yenilənmiş Focus modeli şaquli zolaqları olan başqa radiator barmaqlığı, yeni kapotu və idman üslubunda tərtibata malik olan bamperi ilə fərqlənir. Marka emblemi indi barmaqlığın mərkəzində yerləşir. Arxa tərəf praktiki olaraq dəyişilməz qalıb. Arxa fənərlər formalarını qorusalar da, yeni LED naxışa malik olublar.

Salonda 12,3-düymlük rəqəmsal cihazlar paneli, mərkəzi 13,2-düymlük sensorlu ekran ilə yanaşı durur. İndi Focus modeli Android Auto və Apple CarPlay tətbiqlərini dəstəkləyən, “hava” üzərindən yenilənən, səslə idarə olunan, Connected Navigation və Ford Secure onlayn xidmətlərinə çıxışı təmin edən Sync 4 multimedia sistemi lə təchiz olunur.

Mərkəzi konsoldakı havalandırma deflektorlarının altındakı düymələrin sayı azaldılıb, üstəlik mühəndislər radionun ətrafındakı fiziki düymələrdən və səs səviyyəsini tənzimləmək üçün istifadə olunan fırlanan düymədən imtina ediblər.

Yenilənmiş modelin mühərrik çeşidində 100, 125 və 150 at qüvvəsinə malik olan 1,0-litrlik EcoBoost benzin mühərrikləri saxlanılıblar. Mühərriklər səkkiz pilləli avtomatik və ya altı pilləli mexaniki transmissiya ilə təchiz edilə bilərlər.

Yenilənmiş modellər 125 və 155 at qüvvəsi hasil edən “mülayim” hibrid güc qurğuları ilə təklif olunurlar. Ancaq indi belə qurğular təkcə altı pilləli mexniki transmissiya ilə deyil, həm də iki muftalı yeddi pilləli Powershift “robotu” ilə də təchiz edilirlər.

“Qaynar” Ford Focus ST modifikasiyası indi kuzovun yaşıl Mean Green rəngi, Ford Performance tərəfindən hazırlanmış yeni idman oturacaqları və fərqli dizaynı olan təkər diskləri ilə təklif edilir. Modelin “qaynar” versiyası yeddi pilləli “robot” ilə tandemdə çalışan 280 at qüvvəli dördsilindrli benzin turbomühərriki ilə hərəkətə gəlir.

Yenilənmiş Ford Focus modellərinin Avropa bazarındakı satışlarına 2022-ci ilin birinci rübündə start verləcəkdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh