“Ford” yeni nəsil “Ranger” pikapını təqdim edib – Fotolar

“Ford” şirkəti yeni nəsil “Ranger” pikapını təqdim edib.

Banker.az xəbər verir ki, verilən məlumata görə, avtomobilin təkər bazası 50 mm artırılaraq 3276 mm-ə çatdırılıb. Pikapın ümumi ölçüləri hələ açıqlanmayıb.

Salonda cihazların virtual modeli və SYNC4 multimedia kompleksinin düzbucaqlı şaquli displeyi quraşdırılıb (10.1 və ya 12 düym ekran seçimləri mövcuddur). Avtomobilin əsas texniki dəyişikliyi yeni 3.0 litrlik “V6” dizel mühərrikidir.

Yeni “Ford Ranger” növbəti nəsil “Volkswagen Amarok”un texniki “donoru” olacaq. Xatırladaq ki, 2019-cu ilin əvvəlində “Volkswagen AG” və “Ford” qlobal əməkdaşlığa dair razılığa gəliblər ki, bunun çərçivəsində tərəfdaşlar birgə yüngül kommersiya, həmçinin yolsuzluq avtomobilləri və pikaplar istehsal edəcəklər.

Yeni “Ranger” iki qapılı və dörd qapılı versiyalarda təqdim olunacaq. Avtomobil Tailand və Cənubi Afrikada istehsal olunacaq. Cənub-Şərqi Asiya və Cənubi Afrikada istehsal yaxın bir neçə ay ərzində başlayacaq, 2022-ci ilin sonunda isə model Avropaya, Şimali Amerikaya və digər ölkələrə çatdırılacaq.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












