Formula 1 çempionatının yeni təhlükəsizlik avtomobili təqdim edilib - FOTO

Formula 1 çempionatının qarşıdan gələn mövsümündə Mercedes-Benz şirkətinin təhlükəsizlik avtomobillərinin tədarükü üzrə 25 illik inhisarına son qoyulacaqdır - 23 Qran Prinin 12-də təhlükəsizlik avtomobili vəzifəsi Aston Martin Vantage kupesinə həvalə ediləcəkdir. Aston Martin DBX krossoveri isə, bütün yarışlarda tibbi avtomobil olacaq və Mercedes-AMG C 63 S Estate universalını əvəzləyəcəkdir.
Aston Martin Vantage təhlükəsizlik avtomobili Formula 1 yarışlarında Mercedes-AMG GT R modeli ilə paralel olaraq istifadə ediləcəkdir. Bununla belə, çempionatın bossları Aston Martin kupesinin hansı mərhələlərdə istifadə ediləcəyini açıqlamayıblar. Yeni Aston Martin avtomobillərinin sürülüb yoxlanılması, 12-14 mart tarixlərində Bəhreyndə keçiriləcək testlər seriyası zamanı baş tutacaqdır.
Aston Martin Vantage təhlükəsizlik avtomobili adi kupedən gücü artırılmış mühərriki ilə fərqlənir: Mercedes-AMG bölməsinin məhsulu olan 510 at qüvvəli 4,0 litrlik V8 biturbo mühərrikinin gücü 534 at qüvvəsinə qədər artıırılıb, fırlanma anı isə dəyişməyib - 685 Nm. Kupenin sükan mexanizmi və 8-pilləli "avtomatı" yenidən tənzimlənib, asqısı isə bir qədər sərtləşdirilib.
Nəticədə, xüsusi avadanlığn və damda quraşdırılan LED “çilçırağın” olmasına baxmayaraq, təhlükəsizlik avtomobili 100 km/saat həddinə 3,5 saniyəyə sürətlənir. Bu, “mülki” versiyada olduğundan 0,1 saniyə azdır.
Tibbi avtomobil vəzifəsini icra edən Aston Martin DBX modeli ənənəvi krossoverlərdən quraşdırılmış təhlükəsizlik qəfəsi, əlavə yanğınsöndürmə vasitələri, defibrilator, yanıqlardan müdafiə dəsti və digər tibbi ləvazimatlarla fərqlənir. DBX modelinin avadanlığı standartdır: kapotun altında Mercedes-AMG tərəfindən hazırlanmış 550 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən səkkizsilindrli mühərriki yerləşir. Güc qurğusu 9-pilləli “avtomat” ilə tandemdə çalışır.
Hər iki avtomobil Britaniyanın firma yaşıl yarış rənginə boyanacaqdır. Bənzər livreyadan, bu ildən Formula 1 çempionatında çıxış edən Aston Martin bolidlərində istifadə olunur. Maraqlıdır ki, Mercedes-AMG təhlükəsizlik avtomobili kanonik gümüş rənginə sadiq qalsa da, alman markasının bolidləri ikinci ildir ki, qara rəngə boyanırlar./autograph
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO














