Formula 1-də 30 ildən sonra daha bir Şumaxer debüt EDƏCƏK

Formula 1 həvəskarları həftəsonu yeni mövsümün startını səbirsizliklə gözləyir. Bəhreyn Qran-Prisi komandaların mövsümə necə hazırlaşdıqlarının müəyyən mənada göstəricisi olacaq. Sahir trasındakı yarış əlamətdar hadisə ilə yadda qalacaq.
Unikal.org xəbər verir ki, 30 ildən sonra Formula 1-də daha bir Şumaxer debüt edəcək.
1991-ci ildə Belçikanın Spa trasında Mixael böyük yolun başlanğıcında ilk addımını atmışdısa, bu dəfə estafeti onun oğlu Mik Şumaxer davam etdirəcək.
Formula 1-də “Haas” komandası ilə debüt edəcək 22 yaşlı pilot deyib: “Formula 1-də debüt edəcəyimi dərk edirəmmi? Əlbəttə! Buna görə çox sevinirəm və Bəhreyn Qran-Prisinin startını səbirsizliklə gözləyirəm. Bu haqda fikirləşdikcə, atamı yada salıram. 30 il əvvəl o, Formula 1-də debüt etmişdi, bu dəfə estafeti mən qəbul edirəm. Formula 1 ailəsinin bir üzvünə çevrildiyimə görə çox şadam. Əla bir komandanın heyətində öz potensialımı nümayiş etdirmək istəyirəm. Burada mən çox şey öyrənəcəyəm. Formula 1 sayəsində təkcə yaxşı bir pilot yox, həm də gözəl bir insan olmaq istəyirəm”.
Xatırladaq ki, Mik Şumaxerlə yanaşı, “Haas” komandasında rusiyalı Nikita Mazepin də Formula 1-də debüt mövsümünü keçirəcək.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












