Reklam

"Foxconn" elektromobillər bazarına daxil olur

Avtodünya 20 Oktyabr 2021 17:32 Oxunub 824
"Foxconn" elektromobillər bazarına daxil olur
WhatsApp kanalımıza abunə ola bilərsiniz

IT-sənayesinin nəhəngləri də avtomobil sənayesinə müdaxilə etmək qərarına gəliblər. Pionerlərin arasında Tayvanın HonHai şirkəti də var. Bu şirkət dünyanın elektronika sahəsindəki (Apple texnikası da daxil olmaqla) ən iri OEM-istehsalçılarından biri sayılır və daha çox Foxconn ticarət markası ilə məşhurdur.

2020-ci ilə HonHai şirkəti Tayvanın Yulon Motor şirkəti ilə güclərini birləşdirib. Sonuncu keçən əsrin 50-ci illərindən avtomobil istehsalı ilə məşğuldur və özünün Luxgen markasını inkişaf etdirir. Tərəfdaşlar Foxtron Vehicle Technologies adlı birgə müəssisəsini yaradılblar və bir neçə gün bundan öncə, Tayvanın paytaxtında Foxtron markasından olan ilk elektromobillərin təqdimatını keçiriblər.

Yeni şirkət minik avtomobilləri üçün MIH (Mobility in Harmony) adlandırılan elektrik platformasını hazırlayıb. Yeni platformanın yaradılmasında bir sıra Asiya şirkətləri də iştirak edib və yaradıcılar öz arxitekturalarını üçüncü tərəfə satmaq arzusunda olduqlarını da bildiriblər.

MIH çox çevik konstruksiyaya malikdir: təkər bazası 2750 – 3100 millimetr arasında, ötürmə, ön, arxa və ya tam, ön asqı McPherson dayağı və ya ikiqollu, arxa asqı isə - tir və ya çoxqollu ola bilər. Bir sözlə, belə “arabacıq” həm yığcam, həm də tam ölçülü avtomobillər üçün yararlıdır.

MIH platforması üçün modul aqreqatlarının geniş çeşidi hazırlanıb. Ön oxdakı elektrik mühərriki 130,200 və ya 270 at qüvvəli, arxa oxdakı isə 200, 270,330 və 460 at qüvvəli ola bilər. Dartma batareyasının tutumu – 93, 100 və ya 116 kilovat-saatdır.

Başlanğıcda bunlar litium-ion batareyaları olacaqdırlar, lakin 2024-cü ildə Foxtron firması CATL və SES şirklətləri ilə birlikdə sərt gövdəli batareyaların seriya istehsalına başlamağı planlaşdırır. Markanın daha bir üstünlüyü özünün hazırladığı AutoCore OS əməliyyat sistemi olmalıdır.

Gələcək elektromobillərin adları Tesla şirkətinin ( və ya yüz il bundan öncəki Ford şirkətinin) üslubundadır. İlk seriya minik avtomobili örta ölçülü Foxtron Model C krossoveri olmalıdır: onun istehsalı 2023-cü ildə başlamalıdır. Yeni krossoveri ölçülərinə görə Nissan X-Trail və Skoda Kodiaq modelləri ilə müqayisə etmək olar: uzunluğu – 4640 millimetr, təkər bazası – 2860 millimetr, salonda – üç oturacaq cərgəsi.

Model C ümumi hasilatı 408 at qüvvəsi və 700 Nm fırlanma anı olan ikimühərrikli güc qurğusuna və tam ötürməyə malik olacaqdır. Aerodinamik müqavimət əmsalı 0,27 olan krossoverin yürüş ehtiyatı 700 kilometrə yaxındır. Elektrik krossoveri 100 km/saata sürətlənməyə 3,8 saniyə sərf edəcəkdir. Model C elektrokarının təxmini qiyməti 35 min dollardır.

İkinci konsept, dizaynı üzərində məşhur Pininfarina atelyesinin işlədiyi Foxtron Model E nümayəndəlik sedanıdır. İtalyan studiyasının avtomobilin eksteryer və interyerindəki loqotipləri bunu xatırlatmağa xidmət edirlər. Avtomobilin uzunluğu 5100 millimetr, eni – 2000 millimetr, təkər bazası isə 3100 millimetrdir. Model E sedanının aerodinamik müqavimət əmsalı 0,22-yə bərabərdir.

Model E üçyerli salona malikdir: ön sərnişin oturacağının yerində VIP-sərnişin üçün tənzimlənən ayaq dayağı quraşdırılıb. Bundan başqa, arxa sərnişinin ixtiyarına dönən dayağı olan displey də verilib. Sedan 748 at qüvvəli ikimühərrikli güc qurğusu və naməlum aktiv asqı ilə təchiz ediləcəkdir. Model E 100 km/saata 3,8 saniyəyə sürətlənir və dolu batareya ilə 750 kilometr məsafə qət edə bilər.

Üçüncü konsept Model T adlandırılmış tam ölçülü avtobusdur. Çinlilər avtobusun zavod sınaqlarının ilk mərhələsini keçdiyini və 2022-ci ildə belə nəqliyyat vasitələrinin Tayvanın paytaxtında mütəmadi reyslərə çıxacağını bildiriblər. Dolu batareya ilə avtobus 400 kilometr məsafə qət edə bilər, onun maksimal sürəti isə 120 km/saatdır. Model T konseptinin digər xaraktereistikaları açıqlanmayıb.

Foxconn öz elektromobillərini Tailand və ABŞ-da buraxmağı planlaşdırır. Tailanddakı tərəfdaşın adı açıqlanmasa da, ABŞ-dakı tərəfdaş ilə hər şey aydındır: Foxconn iki il bundan öncə General Motors konsernindən Ohayo ştatındakı Lordstown firmasının zavodunun bir hissəsini satın alıb.

Lordstown şirkəti təkbaşına elektrik pikaplarının buraxılmasına nail ola bilməyib və tərəfdaş axtarmaq məcburiyyətində qalıb. Plana görə, 2023-cü ildə bu zavodda Foxtron, Lordstown və Fisker markalarının elektromobillərinin istehsalına başlanmalıdır.

Bundan başqa, Foxcoon şirkəti “yad” elektromobillər üçün qlobal OEM-tədarükçüsü olmaq və 2027-ci ildə bu bazarın 10 faizini tutmaq niyyətidndədir.

Autograph

ŞƏRH YAZ
Ad

E-mail

Şərh