"Geely" 2025-ci ilə qədər innovasiyalara 23 milyard dollardan çox sərmayə yatıracaq

Çinin avtomobil şirkəti "Geely" yaxın beş ildə öz tədqiqat və inkişaflarına təxminən 150 milyard yuan (təxminən 23,4 milyard dollar) sərmayə qoymağı planlaşdırır.
Marja "Sina" informasiya resursuna istinadən xəbər verir ki, müvafiq xərclər şirkətin qəbul etdiyi 2025-ci ilə qədər inkişaf strategiyasında nəzərdə tutulub.
Şirkət rəhbərliyi beş il ərzində bazara 25 innovativ məhsulla daxil olmağı qarşısına məqsəd qoyub. Söhbət alternativ enerji mənbələrinə əsaslanan nəqliyyat vasitələri üçün, ilk növbədə, elektromobillər üçün texnologiyalardan gedir. Həmçinin inkişaf strategiyasına çiplərin və özünü idarə edən texnologiyanın inkişafına investisiyalar da daxildir. 2025-ci ilə qədər şirkət kommersiya məqsədli 4-cü səviyyəli avtonom idarəetmə sisteminə sahib olmalıdır.
2025-ci ilə qədər "Geely" həm Çin, həm də xarici bazarlarda satışlarını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir. Ümumi satış həcmi ildə 3,6 milyon avtomobili ötməlidir və həmin vaxta qədər xaricə təxminən 600 min ədəd avtomobil satılması planlaşdırılır. 2025-ci ilə qədər şirkət həmçinin elektrik avtomobillərinin satışını 900 min ədədə çatdırmaq niyyətindədir.
Bu il iyunun əvvəlində "Geely", alternativ enerji ilə işləyən avtomobillərin hazırlanması və istehsalı üçün ayrıca şirkət yaratdığını açıqlayıb. Yeni strukturun vəzifələri arasında ehtiyat hissələrinin inkişaf etdirilməsi, nəqliyyat vasitələri üçün Əşyaların İnterneti, süni intellekt texnologiyaları, həmçinin alternativ enerji mənbələrindən istifadə etməklə avtomobillərin yığılması və satışı var. "Geely" satışlarında bu cür avtomobillərin payı hələ də azdır.
Rəsmi məlumatlara görə, bu ilin yanvar-sentyabr aylarında "Geely" bazarda 921 min 790 ədəd avtomobil satıb.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












