“General Motors” ABŞ-da 40 min enerji doldurma stansiyası quraşdıracaq

“General Motors” ABŞ-da elektrikli avtomobillər üçün 40 min enerji doldurma stansiyası quraşdıracaq.Qeyd edək ki, hələki “GM” avtomobillərinin sahibləri digər istehsalçıların doldurma stansiyalarından istifadə edirlər.
Avtosfer.az xəbər verir ki, bundan əlavə, şirkət “Ultium Level 2” markası altında ev və biznes üçün enerji doldurma stansiyalarını satmağa başlayacaq. “GM” öz dilerlərinin hər birinə 10-a qədər stansiya təqdim edəcək və 40 min cihazın hamısının quraşdırma xərcini ödəməyəcək.
Bu proqram avtomobil konserninin 2025-ci ilə qədər avtomobillərin enerji doldurma infrastrukturuna təxminən 750 milyon dollar sərmayə qoymaq planının bir hissəsidir.
“Tesla” və ya “Volkswagen”dən fərqli olaraq, “General Motors”un enerji doldurma şəbəkəsi yoxdur. Şirkət digər istehsalçıların cihazlarından istifadə edir.
Bu gün ABŞ-da 41 mindən çox enerji doldurma stansiyası olsa da, sürücülər işləyən cihaz tapmaqda çətinlik çəkirlər.
Banker.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












