General Motors da "yaşıl" istehsalçılara qoşulur

General Motors konserni də benzin və dizel yanacaöı ilə çalışan avtomobillərdən tamamilə imtina etmək istəyən avtomobil istehsalçılarına qoşulmağa qərar verib. Amerika konserninin baş icraçı direktoru Meri Barra 2035-ci ilə qədər bütün GM model çeşidinin elektrik ötürməsinə keçəcəyini və 2040-cı ilə qədər şirkətin karbon-neytral olacağını söyləyib.
Avtosfer.az autograph.az-a istinadən bildirir ki, önümüzdəki 14 il ərzində GM konserni tədricən modelləri elektrik ötürməsinə keçirəcəkdir. Bu Corvette modelinə də aiddir - sportkar 6,2-litrlik V8 mühərrikini itirəcəkdir. Bundan əlavə, şirkət yeni elektrik modellərinin yaradılmasını sürətləndirməyə qərar verib: 2025-ci ilədək bazara müxtəlif markalar altında 30 yeni "yaşıl" model çıxaracaqdır. Bu modellərin arasında artıq təqdim olunmuş GMC Hummer EV, habelə Cadillac və Chevrolet elektrik krossoverləri də var.
"General Motors daha təhlükəsiz, yaşıl və daha yaxşı bir dünya yaratmaq üçün dünya hökumətləri və şirkətləri ilə birlikdə çalışır. Başqalarını bizdən nümunə götürməyə, sənayemizə və bütövlükdə iqtisadiyyata təsir göstərməyə çağırırıq", - Barra bildirib.
Konsernin zavodları da "yaşıl" olacaqdırlar. ABŞ-dakı zavodlar doqquz il ərzində, digər ölkələrdəki zavodlar isə, 2035-ci ilə qədər yenidən bərpa edilən enerji mənbələrinə keçəcəkdirlər. Beləliklə, Paris iqlim sazişində iştirak edən şirkət, 2040-cı ilə qədər karbon emissiyalarını sıfıra endirmək üçün iddialı bir planı həyata keçirməyə hazırlaşır.
GM konserni CES virtual sərgisi çərçivəsində əsasını Ultium və ya Flexible Global EV platforması təşkil edəcək dörd elektrokarı buraxacağını bəyan edib. Keçən payızda təqdim olunan GMC Hummer EV məhz bu platforma üzərində qurulub. Elektrmobilin ən güclü versiyası 1014 at qüvvəsi hasil edən və Ultium Drive ötürməsinə malik olan üçmühərrikli qurğu ilə təchiz edilir.
"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA










