Hansı ölkədə hansı avtomobili sevirlər?

Təbii ki, müxtəlif ölkələrdə fərqli avtomobil modelləri məşhurdur.
Britaniyanın “Park Indigo” şirkətinin ekspertləri tədqiqat keçirərək, dünyanın müxtəlif ölkələrinin avtomobil bazarlarında ən çox satılan, dolayısıyla həmin ölkədə ən çox sevilən maşınların adlarını açıqlayıblar.

Britaniyalılar özlərindən başlayıblar və aydın olub ki, “Volkswagen Golf” Böyük Britaniyada ən məşhur avtomobil modelidir.

Tədqiqata görə, “Ford F-150” pikapı ABŞ-da tələbatı ən çox qiymətləndirilən maşın hesab olunub. Maşın ilk dəfə 1948-ci ildə buraxılıb. Bu illər ərzində avtomobilin bir neçə modifikasiyası yaradılıb.

“Toyota Hilux” 25 ölkədə satışlara başçılıq edir. Maşın Argentina, Avstraliya, Honduras, Oman və Cənubi Afrikada yüksək tələbatlıdır.

“Volkswagen Golf”a həmçinin Belçika, Almaniya və Norveçdə də üstünlük verirlər.

“Toyota Land Cruiser” Qətər və Papua-Yeni Qvineya da daxil olmaqla 7 ölkədə populyarlığa görə liderdir.

Rusiya bazarlarına “Hyundai Solaris” liderlik edir. Bu ölkədə avtomobil təxminən 90 min pərəstişkar tərəfindən alınıb.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












