Hennessey bütün hiperkarları satıb və qeyri-adi bir şey hazırlayır

Kaliforniyanın Monterey şəhərində hər il keçirilən avtomobil festivalında amerikan Hennessey Performance Engineering şirkətinin Hennessey Special Vehicles bölməsi Mojave Gold və Speed Devil Blue rənglərində boyanmış iki Venom F5 hiperkarını nümayiş etdirib. Bu tədbirdə, 24 nüsxəlik tiraj ilə buraxılacaq hiperkarın son nüsxələri də sahiblərini tapıblar. İndi isə şirkət rəhbəri qeyri-adi bir avtomobili hazırlayacağına söz verib.
Top Gear nəşrinin bildirdiyinə görə, Hennessey Performance Engineering şirkətinin qurucusu və baş icraçı direktoru Con Hennessi F5 layihəsinin uğurla başa çatmasının “yalnız səyahətin başlanğıcı” olduğunu, həmçinin yaxın gələcəkdə dünyanın sürət rekordunu yeniləməyə çalışacağını söyləyib. Eyni zamanda, Hennessi, Venom F5 modeli üçün yerəbasma gücünü artıran Track Pack dəstinin hazırlandığını da qeyd edib.
Con Hennessi şirkətin “sözün əsl mənasında bu dünyadan olmayan bir şeyi” hazırladığını da bildirib. Bunun nə ilə əlaqəli olduğunu yalnız təxmin etmək olar - xüsusən də, “sözün əsl mənasında” kəlməsini nəzərə alsaq. Xatırladaq ki, F5 hiperkarının maksimal sürəti (əlbəttə ki, istehsalçının iddiasına görə) 512 km/saatdır. Venom F5 hiperkarı sıfırdan 100 km/saata üç saniyədən az müdətə sürətlənir. Hiperkar 0-dan 200 km/saata qədər sürətləməyə 4,7 saniyə, 300 km/saata - 8,4 saniyə, 400 km/saata isə cəmi 15,5 saniyə sərf edir.
F5 modeli, GM konserninin LS mühərrikinin əsasında yaradılmış 6,6-litrlik V8 mühərriki ilə təchiz edilir. Mühərrikin gücü 1842 at qüvvəsi təşkil edir ki, bu da Bugatti Chiron Super Sport 300+ və Koenigsegg Jesko hiperkarlarında (1600 at qüvvəsi) olduğundan çoxdur. Venom F5 modelinin istehsalına artıq başlanılıb və onun nəzərdə tutulmuş bütün tirajının 2023-cü ilə qədər buraxılması planlaşdırılır.
Autograph.az
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










