Honda ikinci nəsil BR-V modelini təqdim edib - FOTO

Honda şirkəti keçirdiyi onlayn tədbirdə ikinci nəsil yeddi yerlik BR-V krossoverini təqdim edib. Zahiri cəhətdən, əsasən Asiya və Cənubi Afrikada satılacaq yeni krossover N7X konseptini təkrarlayır. Krossover, yeddi oturacaqlı avtomobil alıcılarının ehtiyacları və istəkləri nəzərə alınmaqla hazırlanıb (bunun üçün hətta geniş araşdırmalar aparılıb) və bu seqmentdə əvvəllər mövcud olmayan bir sıra opsiyaları təklif edir.
Honda BR-V modeli yapon istehsalçısının model xəttində 2015-ci ildə peyda olub. Cənub-Şərqi Asiya bazarlarını (İndoneziya, Hindistan, Malayziya, Filippin və Tailandda) hədəf alaraq yaradılsa da, ümidləri doğrultmayıb.
Honda şirkəti 2020-ci ilin yazında Filippindəki zavodu bağlayıb və sonra krossoverin Hindistandakı satışılarına son verərək, bunu tələbin azalması və avtomobilin cavab vermədiyi yeni eko-normaların tətbiqi ilə izah edib.
İkinci nəsil Honda BR-V krossoveri markanın sarsılmış mövqelərini gücləndirmək üçün hazırlanıb və bunun üçün ehtiyac duyulan hər şeyə malikdir. Birincisi, krossover vizual olaraq daha sanballı hala gəlib və şübhəli pilləli pəncərəaltı xəttini itirib.
İkincisi, modelin avadanlıqlar siyahısı əhəmiyyətli dərəcədə genişləndirib: krossoverin təchizatına yeddi düymlük ekranı olan yeni multimedia sistemi, cihazlar panelindəki 4,2-düymlük ekran, dəri salon, həmçinin altı təhlükəsizlik yastığı və Honda Sensing kompleksi daxil edilib.
Sonuncusunun tərkibinə adaptiv kruiz-kontrol, zolaqda saxlama sistemi, öndən toqquşmanın qarşısını alan və öndəki avtomobili izləmə (avtomobilin dayandığını və ya hərəkətə başladığını bildirir) funksiyaları daxildir. BR-V modeli üçün LED fənərlər və avtomatik uzaq işıqlar da əlçatandır.
BR-V modeli tək bir mühərrik ilə təklif olunur: bu, 121 at qüvvəsi və 145 Nm fırlanma anı hasl edən 1,5-litrlik atmosfer mühərrrikidir. Aqreqat Euro-4 ekoloji standartlarına uyğundur və altı pilləli mexaniki transmissiya və ya yeni variator ilə birlikdə çalışır.
İlkin məlumatlara görə, krossoverin İndoneziyadakı satışlarına gələn ilin yanvar ayında başlanmalıdır. Honda BR-V modelinin bu ölkədəki satış qiyməti 260 milyon rupidən (31 min manat) başlayacaqdır.///autograph
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək












