"Honda" süni intellekt texnologiyasını avtomobillərə inteqrasiya edir

Yaponiyanın “Honda Motor” konserni 2050-ci ilə qədər yollarda sıfır qəza və ölüm hallarına nail olmaq məqsədi ilə süni intellekt texnologiyalarının inkişafı və onların avtomobillərdə istifadəsi üçün yol xəritəsini təqdim edib.
Marja xəbər verir ki, bu barədə şirkətin cümə günü yayılan press-relizində deyilir.
Avtomobillərdə quraşdırılan sistem kameralar və müxtəlif sensorlardan istifadə etməklə sürücünün səhhətini, reaksiyasını, eləcə də yoldakı vəziyyəti daim skan edəcək. Yolun hərəkət hissəsində və ya təhsil müəssisələrinin yaxınlığında, yol kənarında parkinq, piyada keçidləri kimi potensial təhlükəli ərazilərə yaxınlaşdıqda hər hansı maneə yaranarsa, avtomobil bu barədə bir neçə yolla xəbərdarlıq edəcək. Onların arasında vizual və səsli siqnallar, təhlükəsizlik kəmərlərinin bərkidilməsi, avtomatik sükan idarəetməsi, əyləc və fövqəladə halların qarşısını almaq üçün sürücülükdə digər yardımlar var.
Digər təhlükəsizlik xüsusiyyətlərinə sürücünün maşın sürərkən yuxuya getməsinin qarşısını almaq üçün titrəyən oturacaqlar daxildir. Texnologiyaya malik ilk avtomobillərin 2022-ci ilin ikinci yarısında konveyerdən çıxması gözlənilir.
Bundan əlavə, Honda bütün yol istifadəçilərini bir araya gətirəcək vahid telekommunikasiya sistemini təşkil etməyə imkan verən texnologiyalar yaratmağı nəzərdə tutur. Onun tərkib hissəsi olaraq, yol hərəkəti vəziyyətlərinin təhlili üçün vahid məlumat mərkəzinin yaradılması nəzərdə tutulur. Sistemə məlumatlar avtomobillərdən və küçələrdəki CCTV kameralarından ötürüləcəkdir.
Yaponiyada son vaxtlar yol qəzalarında ölənlərin sayı azalır. 2020-ci ildə ölkənin yollarında 2,8 mindən bir qədər çox insan həlak olub. Bu, Yaponiyada belə statistikanın başladığı 1948-ci ildən bəri ən kiçik rəqəmdir.
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










