“Hyundai Azərbaycan” 632 minlik mala görə 300 manat rüşvət verib

Bakı Baş Gömrük İdarəsinin rüşvət almaqda ittiham olunan vəzifəli şəxslərinin cinayət işi ilə bağlı maraqlı məqamlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, iş üzrə təqsirləndirilən gömrük inspektorları Azər Baxşıyev və Elmar Mirzəyev “Auto Azərbaycan” MMC-nin adına xaricdən göndərilən avtomobil ehtiyat hissələrinin gömrük nəzarətindən daha sürətli buraxılmasına görə şirkətdən rüşvət alıblar. İttihama görə, həmin şəxslər müxtəlif vaxtlarda 6 dəfə olmaqla “Auto Azərbaycan” MMC-nin adına göndərilmiş, ümumi dəyəri 632 972 manat olan avtomobil ehtiyat hissələrinin gömrük nəzarətindən buraxılmasına şərait yaradıblar. Gömrük inspektorları bunun üçün “Auto Azərbaycan”nın gömrük və maliyyə işləri üzrə mütəxəssisi Kamil İsmayılovdan ümumilikdə 300 manat rüşvət alıblar.
Xatırladaq ki, Dövlət Gömrük Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən Bakı Baş Gömrük İdarəsindəki rüşvət halları nəzarətə götürülüb. Müvafiq prosedurlar aparıldıqdan sonra araşdırmanın qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi məqsədilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilərək birgə əməliyyat həyata keçirilib.
Qeyd edək ki, “NAB Holding”ə daxil olan “Auto Azərbaycan” MMC Hyundai avtomobillərinin Azərbaycanda rəsmi distribyutorudur. “Hyundai Azərbaycan” brendinin sahibi “Auto Azərbaycan” MMC-nin İdarə heyətinin sədri Emil İsmayılovdur. “NAB Holding”ə “Bakuelectronics” və “Bank of Baku” da daxildir.

ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












