"Hyundai" bu avtomobillərin istehsalını dayandırır

Cənubi Koreyanın “Hyundai Motor” şirkəti Ulsan şəhərindəki “Ioniq 5” elektromobillərinin yığıldığı zavodun işini mikrosxem çatışmazlığı səbəbindən birhəftəlik dayandıracaq.
Avtosfer.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, yarımkeçiricilərin və digər komponentlərin tədarükünün dayandırılması səbəbindən şirkət 7-14 aprel tarixlərində istehsalı dayandırmağı planlaşdırır.
Fəaliyyətlərin müvəqqəti dayandırılması 6,5 min “Ioniq 5” elektromobilin və 6 min “Kona” avtomobilinin istehsal həcmlərində azalmasına səbəb olacaq.
Digər qlobal avtomobil konsernləri də yarımkeçirici bazarında çatışmazlıq səbəbindən oxşar problemlərlə üzləşiblər. Belə ki, ABŞ-ın “General Motors” və Yaponiyanın “Toyota Motor” şirkətləri yarımkeçirici çiplərin tədarükündə dayanmalar nəticəsində bəzi zavodlarının işlərini dayandırıb və ya istehsalı azaltmaq məcburiyyətində qalıblar.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












