Hyundai Elantra N modeli bu tarixdə debüt edəcək

Hyundai şirkətinin N bölməsinin Elantra modelinin “bərkgedən” versiyasını hazırladığı keçən ay dərc edilmiş tizerlərdən artıq məlumdur. Bu günlərdə Cənubi Koreya istehsalçısı yeni videotizeri dərc edərək Elantra N modelinin debüt tarixini açıqlayıb – 14 iyul.
Lakin, videotizerdə təkcə “bərkgedən” modelin debüt tarixi açıqlanmır. Aşağıda dərc etdiyimiz videoçarxa diqqət yetirsəniz, avtomobilin iti görkəmli silueti üzərində iki, üç və dörd hərfdən ibarət sözləri görmək mümkündür. Böyük ehtimalla, bu yazılar “bərkgedən” Elantra modelinin təchiz edilidyi sistemlərə işarə edir. Məsələn ELSD qısaltması avtomobilin elektron kilidi olan yüksək sürtünməli differensial ilə təchiz edildiyindən xəbər verir.
Ən əsası isə, Hyundai Elantra N modelinin təchiz edildiyi mühərrikin möhtəşəm səsini də dinləmək olar. Səsindən də göründüyü kimi, güc aqreqatı yaxşı xarakteristikalara malik olmalıdır. Koreyalılar Elantra N modeli haqqında təfərrüatları açıqlamasalar da, onun ən azından 250 at qüvvəsi və 353 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik ilə təchiz ediləcəyini söyləmək olar. Əlbəttə, N modeli bu mühərrikin 280 at qüvvəsi və 392 Nm fırlanma anı hasil edən versiyasını və Performance indeksini də ala bilər. Böyük ehtimalla, güc aqreqatları 6-pilləli mexnaiki və ya 8-pilləli N DCT “robotu” ilə təklif ediləcəkdirlər./autograph
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












