“Hyundai” elektrik avtomobillərinin payını 2040-cı ilədək 80 faizə çatdıracaq

Cənubi Koreyanın “Hyundai” şirkəti 2040-cı ilədək elektrik avtomobillərinin illik istehsalını ümumi avtomobil buraxılışının 80 faizinə çatdırmağı hədəfləyib.
Elektrik avtomobilləri “Hyundai”ın hazırda dünya üzrə satılan nəqliyyat vasitələrinin cəmi 1,5 faizini təşkil edir. Şirkət 2030-cu ilədək bu rəqəmi 30 faizə çatdırmaq niyyətindədir. “Hyundai” qarşıya qoyulan hədəflərə çatmaq üçün 2035-ci ilədək Avropadakı zavodlarında, 2040-cı ilədək isə digər regionlardakı zavodlarında istehsal xətlərini elektrik mühərrikli avtomobillər buraxan xətlərə dəyişəcək. Artıq elektrik avtomobillərinin modelləri də müəyyən olunub. Bunların biri də “Nexo”dur.
“Hyundai” elektrik avtomobillərinin istehsalını artırmaqla karbon emissiyasını 2040-cı ilədək 75 faiz azaltmaq niyyətindədir.
Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında “Hyundai” hidrogenlə işləyən 5300 avtomobil istehsal etməklə əsas rəqibi “Toyota”nı qabaqlayıb. Şirkət həmin müddətdə ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz çox – 2,64 milyon ədəd avtomobil istehsal edib. İl ərzində isə 4,16 milyon avtomobil istehsalı nəzərdə tutulub.
"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA










