Hyundai Santa Cruz modelinin təqdimat tarixi açıqlanıb - FOTO

Çətin taleyi ilə seçilən Hyundai Santa Cruz pikapı nəhayət ki, xoşbəxt sonluğa yaxınlaşır. Bu gün Cənubi Koreta şirkəti seriya pikapının təqdimat tarixini açıqlayıb - 15 aprel. Hələlik isə, yeni pikapın bir neçə tizerini dərc olunub.
Xatırladaq ki, pikapın carçısı olan konsept 2015-ci ilin yanvarında nümayiş etdirilmişdi – həmin pikap Santa Fe krossoverinin şassisi üzərində qurulmuş, aparıcı kuzova və kiçik arxa qapıları olan "bir yarımlıq" kabinəyə sahib idi. Ancaq pikap üzərindəki çalışmalar daim təxirə salınırdı, çünki prioritet verilən layihələr ucbatından mühəndislik şöbələrinin işi həddindən çox idi. Şirkət rəhbərliyi yalnız 2017-ci ildə pikap layihəsinə yaşıl işıq yandırmaq qərarına gəlib, ancaq layihəni yenidən işləmək tələb olunurdu.
Nəticədə, gələcək Santa Cruz modeli daha yığcam Tucson krossoverinin yeni nəslinə əsaslanır. Krossover pikap ilə yalnız platforma və aparıcı konstruksiyanı deyil, həmçinin bütün ön hissəni də bölüşür. Beləliklə, iki avtomobil nəinki ümumi "üzə", habelə üç bucağın xarakterik kəsişməsi olan ümumi ön qapılara sahibdirlər. Pikapın kabinası konseptdən fərqli olaraq, iki oturacaq cərgəsinə və dörd tamölçülü qapıya malikdir.
Tucson ilə unifikasiya pikapın köndələn yerləşən mühərrikə və arxa oxu qoşan muftası olan “əsas” ön ötürməyə sahib olduğuna işarə edir. Santa Cruz modeli üçün əsas (bəlkə də yeganə) bazar Şimali Amerika olacaqdır. Burada onun birbaşa rəqibləri yoxdur: hətta ABŞ-da yığcam sayılan Ford Ranger və ya Chevrolet Colorado pikapları daha böyükdürlər və ramalı konstruksiyaya malikdirlər. Buna görə də, Hyundai cəsarətlə Amerikada yeni Sport Adventure Vehicle (SAV) sinfini yaratdığını bəyan edib.
Hyundai Santa Cruz pikaplarının istehsalına bu yay, şirkətin ABŞ-ın Alabama statındakı Santa Fe və Tucson krossoverlərinin, eləcə də Sonata və Elantra sedanlarının buraxıldığı zavodunda başlanacaqdır. Əslində bu, Hyundai şirkətinin ofroud pikapları seqmentindəki ilk təcrübəsi olacaqdır: bundan əvvəl koreyalılar yalnız arxa ötürməli Pony modelinə əsaslanan sadə pikapları buraxıb./autograph
Çin şirkəti yeni elektromobilini təqdim etdi – 9 dəqiqəyə tam şarj - FOTO
Elektromobillərin batareyasında yeni texnologiya - 9 dəqiqəyə tam şarj mümkün olacaq – RƏSMİ
Pekin avtomobil sərgisi açılır: 181 PREMYERA, 71 KONSEPTUAL MODEL
Moped və motosiklet sürücülərinin hazırlanması və təhlükəsiz idarəetmə qaydaları necə olmalıdır? - AÇIQLAMA
Avropada elektromobil satışında rekord; martda yarım milyonu keçib - RƏSMİ
Rusiyada təzad: ucuz modellər satılmır, lüks maşın bazarı böyüyür
Bu ilin ilk rübündə dünyada avtomobil istehsalı azalıb - RƏSMİ
Bu marka avtomobillərin antifrizinə nəzarət edin; qüsurlar ortaya çıxa bilər – AVTOMOBİL USTASI
Avtomobil alarkən kondisioneri necə yoxlamalı? - FOTO
Tramp avtomobil şirkətlərinin istəyini rədd etdi; güzəşt olmayacaq - RƏSMİ
Yağışlı havada elektrikomobil sürmək təhlükəlidirmi? - Ekspert real vəziyyəti AÇIQLADI













