Hyundai Santa Cruz pikapının rəqibi debüt edib - FOTO
Avtodünya 8 İyun 2021 23:10 Oxunub 490
Hyundai Santa Cruz pikapının rəqibi debüt edib - FOTO

Bir neçə il bundan öncə Ford şirkəti Şimali Amerika bazarından minik avtomobillərini çıxarmaq qərarını qəbil etmiş və əsas diqqəti krossover, ofrouder və pikaplara yönəldəcəyini bildirmişdir. O zaman bir çoxları bu qərarı təəccüblə qarşılasalar da, şirkət marketoqları heç də müştəri itirmək niyyətində deyildilər. Bunun sübutu kimi, bu gün təqdim edilmiş yığcam Ford Mavireck pikapını göstərmək olar.

Autograph.az saytının bildirdiyinə görə, Amerikanın ən kiçik pikapı olan Maverick modelinin əsas vəzifəsi krossover və hetçbek həvəskarlarını Ford çətiri altında toplamaqdır.

Ford Maverick pikapı Bronco Sport krossoveri ilə eyni platformanı bölüşür. Pikapın üzünluğu 5000 millimetr, eni - 1840 millimetr, hündürlüyü isə 1740 millimetrdir. Modelin oxları arasındakı məsafə üç metrdən bir qədər çoxdur.

Yığcam pikap ancaq dördqapılı kabin, beş nəfərlik salon və uzunluğu 1380 millimetr olan yük platforması ilə təklif ediləcəkdir. Beləliklə, söhbət ən yeni Hyundai Santa Cruz modelinin birbaşa rəqibindən gedir.

 

Baza Ford Maverick pikapı 2,5-litrlik benzin mühərrikinin əsasında yaradılmış 194 at qüvvəsi və 210 Nm fırlanma anı hasil edən hibrid güc qurğusu ilə təchiz edilir. Ötürmə - ön oxadır. Alternativ olaraq, 8-pilləli “avtomat” və opsional tam ötürmə sistemi ilə birlikdə çalışan 254 at qüvvəsi və 376 Nm fırlanma anı hasil edən 2,0-litrlik dördsilindrli EcoBoost turbomühərriki təklif olunur.

Standart pikap 907 kiloqram ağırlığında qoşqunu yedəyə ala bilər. 4K Tow Package dəstinin sifariş edilməsi halında bu göstərici 1814 kiloqrama qədər arta bilər.

Pikap üçün üç təchizat səviyyəsi nəzərdə tutulub: XL, XLT və Lariant.

Modelin standart təchizatına 8-düymlük sensorlu ekranı, Android Auto və Apple CarPlay dəstəyi olan multimedia sistemi, cihazlar panelindəki 4,2-düymlük rəngli displey, Ford Co-Pilot360 təhlükəsizlik sistemləri və elektron köməkçilər kompleksi, iki 12-voltluq çıxış, 4G LTE rabitəsini dəstəkləyən və 10 cihazı qoşmağa imkan verən Wi-Fi giriş nöqtəsi olan FordPass Connect modemi və əşyaları saxlamaq üçün çoxsaylı bölmələr daxildir.

 

Əlavə ödəniş qarşılığında adaptiv kruiz-kontrolu, maneələrdən qaçmağa kömək edən Evasive Steering Assist sistemini, cihazlar panelində quraşdırılan 6,5-düymlük displeyi, süni dəri ilə üzlənmiş salonu, zolaqda saxlama funksiyasını və arxa parklama sensorlarını sifariş etmək olar.

Bundan başqa, Maverick üçün FX4 “offroad” dəsti də nəzərdə tutulub. Dəstin tərkibinə yolsuzluq şinləri, yenidən tənzimlənmiş asqı, artırılmış klirens, alt hissənin əlavə müdafiəsi, habelə palçıq və qumda hərəkət rejimləri daxildir.

Pikapın salonunun əsas xüsusiyyəti Ford Integrated Tether System (FITS) sistemidir. Bu, mərkəzi konsolun sonunda müxtəlif aksesuarlar üçün bərkitmədir: fincan tutucusu, külqabı, torba qarmaqları və ya kabel təşkilatçısı.

Bütün bunlar arxa oturacaqların altındakı bölmələrdə saxlanıla bilər və Ford müştərilərinə yeni aksesuarlar yaratmağa, daha doğrusu onları 3D printerdə çap etmək imkanı vermək istəyir - bunun üçün şirkət FITS sisteminin dəqiq ölçülərini İnternetdə yerləşdirəcəkdir./autograph

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh