Italdesign atelyesi "Nissan GT-R50" superkarlarının çatdırılmasına başlayıb

Yapon avtomobl istehsalçısı olan Nissan şirkəti və məşhur Italdesign atelyesi çoxdan gözlənilən və qiyməti demək olar ki, bir milyon avroya yaxınlaşan GT-R50 superkarlarının müştərilərə göndərilməsinə başlayıb. Superkarın ilk nüsxəsi keçən ilin mayında yığılmışdı, müştəri avtomobillərinin istehsalına isə 2020-ci ilin sonunda başlamaq və 2021-ci ilin sonunda bitirmək nəzərdə tutulmuşdu. Lakin koronavirus pandemiyası istehsal qrafikinə öz təsirini göstərdi və ona görə də, xüsusi serriyadan olan superkarın ilk əmtəə versiyaları yalnız indi hazır olublar.
Nissan şirkəti və Italdesign atelyesi birgə layihə üzəində işlədikləri barədə 2018-ci ildə elan vermişdilər. Xüsusi layihə ikiqat yubileyə həsr edilmişdi: həmin il italyan atelyesinin və Skyline GT-R modelinin 50-illik yubileyi bayram edilirdi.
Nəticədə, 50 nüsxəlik tirajla buraxılacaq GT-R50 adlı superkar işıq üzü gördü. Hər bir avtomobil müştərinin istəyinə görə tərtib edilib. Məsələn, iki nəfər Qudvudda nümayiş etdirilmiş GT-R50 konseptinin üslubunda olan ikirəngli boyama sxemi seçiblər - boz Liquid Kinetic Gray və qızılı Energic Sigma Gold. Digər bir müştəri 1972-ci ilin GT-R prototipinin rəngləndiyi yaşıl Verde Kenmeri çalarını seçib.
Xüsusi seriyadan olan kupe GT-R Nismo modelinin bazasında inşa edilib. O, bazasında inşa edildiyi modeldən tamamilə yeni kuzovu, işıq texnikası və kuzovun unikal rəng sxemi ilə fərqlənir. Avtomobilin salonu dizayn cəhətdən seriya modelindən fərqlənməsə də, interyerin tərtibatında karbon, alkantara və dəridən geniş istifadə edilir.
Superkar Nissan GT-R Nismo modelinin təkmilləşdirilmiş 3,8-litrlik V6 mühərriki ilə təchiz edilir. Yeni turbokompressorlara, təkmilləşdirilmiş yanacaq sisteminə, buraxılış və giriş sistemlərinə sahib olmuş mühərrik 720 at qüvvəsi və 780 Nm fırlanma anı hasil edir. Xatırladaq ki, Nismo modifikasiyasının mühərriki 600 at qüvvəsinə və 637 Nm fırlanma anı təklif edir.
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










