İlin ən böyük ilkin kütləvi səhm satışı olacaq - 12 MİLYARD DOLLAR

Amazon və Ford kimi güclü şirkətlər tərəfindən dəstəklənilən elektrikli avtomobil (elektromobil) istehsalçısı Rivian səhmlərinin ilkin kütləvi təklifindən (İPO) 11,9 milyard dollar gözləyir. Bu rəqəm, şirkətin səhmlərinin ilkin kütləvi təklifinin qlobal bazarlarda ilin ən böyük təklifi xüsusiyyəti daşıdığı mənasını verir.
Rivian, liderin "Tesla" şirkətin olduğu elektrikli avtomobil bazarında daha çox yer tuta bilmək məqsədilə səhm sataraq vəsait cəlb edir.
Marja xəbər verir ki, Rivian 11,9 milyard dollar cəlb etmək məqsədilə, bir səhminə 78 dollar qiymət müəyyən edib.
Mənbələr, Rivianın tələb toplamaq üçün keçirdiyi turda 153 milyon səhm üçün sifariş aldığını bildirirlər.
Bloomberg-in yığdığı məlumatlara görə, Rivian0ın 11,9 milyard dollarlıq satışı, bu əməliyyatı 2021-ci ilin ən böyük və bir ABŞ Birjasındakı altıncı ən böyük ilkin kütləvi təklif edəcək.
Bu səhm satışı Rivianın yalnız bir neçə ay əvvəl, çoxu öz işlərinə olmaqla, ilk vasitələrini təhvil verməsilə ilə birlikdə reallaşır.
1 MİLYARD DOLLAR ZƏRƏR AÇIQLAMIŞDI
Şirkət, bu ilin sonuna qədər, İllinoisdəki zavodunda təxminən 1200 elektromobil istehsal edəcək. İlin ilk yarısında təxminən 1 milyard dollar zərər edən şirkət, illik istehsalının 2023-cü ilin sonlarına qədər 150 minə çatacağını təxmin edir.
Rivian-ın dəyərinin səhmlər və səhm opsiyonları da nəzərə alındığında təxminən 76,4 milyard dollar olduğu bildirilir.
Ərəblər hibrid mühərrik istehsalına başladılar - FOTO
Rusların ilk elektromobilinin qiyməti narazılıq doğurdu
Çin şirkəti yeni elektromobilini təqdim etdi – 9 dəqiqəyə tam şarj - FOTO
Elektromobillərin batareyasında yeni texnologiya - 9 dəqiqəyə tam şarj mümkün olacaq – RƏSMİ
Pekin avtomobil sərgisi açılır: 181 PREMYERA, 71 KONSEPTUAL MODEL
Moped və motosiklet sürücülərinin hazırlanması və təhlükəsiz idarəetmə qaydaları necə olmalıdır? - AÇIQLAMA
Avropada elektromobil satışında rekord; martda yarım milyonu keçib - RƏSMİ
Rusiyada təzad: ucuz modellər satılmır, lüks maşın bazarı böyüyür
Bu ilin ilk rübündə dünyada avtomobil istehsalı azalıb - RƏSMİ
Bu marka avtomobillərin antifrizinə nəzarət edin; qüsurlar ortaya çıxa bilər – AVTOMOBİL USTASI








