İlin ən yaxşı avtomobil müsabiqəsinin yarımfinalçıları məlum olub

World Car of the Year müsabiqəsinin təşkilatçıları yarımfinala çıxan modellərin siyahısını açıqlayılar. Müsabiqənin qalibi 20 aprel 2021-ci il tarixində elan ediləcəkdir.
29 ölkədən 90 avtomobil jurnalistinin qatıldığı münsiflər heyəti əsas mükafat da daxil olmaqla, bir neçə kateqoriyadakı qalibi müəyyənləşdirməlidirlər. Əsas mükafat uğrunda Audi A3, Honda e, Mazda MX-30, Mercedes-Benz GLA, Toyota Yaris və Volkswagen ID.4 modelləri, həmçinin iki Kia modeli - K5 və Sorento və iki BMW modeli - 2 Series Gran Coupe və 4 Series modelləri mübarizə aparacaqdırlar. “İlin şəhər avtomobili” nominasiyasında yalnız Asiya modelləri yarımfinala yüksəliblər: Honda e və Jazz, Toyota Yaris və iki Hyundai modeli - i10 və i20. Mercedes-Benz S-Class, Aston Martin DBX, Polestar 2 və ya BMW X6 modelləri “İlin premium avtomobili” ola bilərlər. “Bərkgedən” Toyota GR Yaris, Audi RS Q8, Porsche 911 Turbo və BMW M2 CS “İlin idman avtomobili” adına namizəddirlər.
“İlin dizaynı” nominaiyasındakı qalibi münsiflər heyəti Land Rover Defender, Honda e, Mazda MX-30, Polestar 2 və Porsche 911 Turbo modellərinin arasından seçiləcəkdirlər. Qeyd etmək lazımdır ki, yarımfinalçılar siyahısında Şimali Amerika avtomobilləri yer almayıblar. Keçən il “İlin Dünya Avtomobili” yarışmasının qalibi Kia Telluride krossoveri olub. Koreya avtomobili, 758 xal toplayaraq, iki Mazda modelini üstələyib - Mazda3 (745 xal) və CX-30 (738 xal).
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












