İlk dəfə elektrikli avtomobil benzin avtomobili keçərək satışlarda 1-ci yeri tutub

Tesla Model 3 elektromobili ən məşhur benzinli avtomobilləri geridə qoyaraq Avropada sentyabr ayında ən çox satılan nəqliyyat vasitəsi olub.
Tesla Model-3 sentyabrda Avropada ən çox satılan nəqliyyat vasitəsi olub. Beləliklə, ilk dəfə bir elektrikli avtomobil benzinli modelləri keçərək satışlarda birinci yeri tutub.
Teslanın ən münasib qiymətli modellərin biri olan Model 3 elektromobili Renault Clio və Volkswagen Golf kimi markaları geridə qoyaraq Avropada ən çox alınan avtomobil olub.
"Jato Dynamics"in araşdırma hesabatına görə, Teslanın üçüncü rübün sonunda satışlarını artırmağa istiqamətlənmiş hücumu Model 3-ün satışlarının artmasına müsbət təsir göstərib.
İlk dəfə bir elektrikli avtomobil aylıq satışlarda ilk yeri tutarkən, avtomobil istehsalçılarının daxili yanma mühərrikləri yavaş-yavaş tərk etməsi lazım olduğuna dair işarələr də gedərək artır. Hökumətlər də elektrikli avtomobil almaq istəyənlərə comərd vergi təşviqləri edir.
Tesla Sentyabr ayında 24 min 591 ədəd Model 3-ü müştərilərinə təhvil verib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 58% çoxdur.
Qeyd edək ki, 2021-ci ilin 3-cü rübündə Elon Musk-ın elektromobil şirkəti Tesla-nın gəliri 57% artaraq 13,8 milyard dollara yüksəlib.///marja
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
Almanları birləşdirən avtomobil - FOTOLAR
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR












