İlk elektrikli pikapın sahibi ənənəvi nəhəngləri geridə qoya bilər - FOTO

ABŞ-ın elektrikli avtomobil startapı, 2009-cu ildə qurulmuş Rivian tezliklə 55 milyard dollarlıq bazar dəyərinə çata bilər.
Marja xəbər verir ki, gələn həftə Nasdaq birjasında Səhmlərin ilkin kütləvi yerləşdirilməsinə (IPO) çıxacaq şirkət 135 milyon ədəd səhm satmağı planlaşdırır. İlkin qiymət 57-62 dollar aralığındadır.
İndiyə qədər 11 milyard dollara yaxın maliyyələşmə cəlb edən Rivian həm də bu ilin sentyabrında iri istehsalçılar olan General Motors və Fordu, eləcə də bazarın əsas payçısı Teslanı qabaqlayaraq, avtomobil sənayesində ilk elektrikli pikap modeli olan R1T-ni satışa buraxıb.
Şirkət bu IPO-da 8,4 milyard dollar cəlb etməyi hədəfləyir ki, bu da son 10 ildə ABŞ-da bir şirkətin bir dəfəyə cəlb etdyi 3-cü ən iri məbləğ olacaq. Buna qədər Alibaba 2014-cü ildə 25 milyard dollar, Meta Platforms Inc (keçmiş Facebook) 2012-ci ildə 16 milyard dollar, Uber isə 2019-cu ildə 8,1 milyard dollar cəlb edib.
Qeyd olunan məbləği əldə edəcəyi tədirdə, bazar dəyəri 55 milyard dollara çatacaq Rivian bu göstərici ilə ənənəvi nəhənglər General Motors, Ford və Stellantisə çata, Honda-nı isə ötüb keçə bilər.
Şirkətin əsas payçıları sırasında Amazon (20%) və Ford (12%) də var.

Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










