Jaguar Land Rover-dən "çip böhranı pisləşir" xəbərdarlığı

Böyük Britaniyanın lüks avtomobil istehsalçısı Jaguar Land Rover, qlobal çip böhranının pisləşdiyini və ikinci rübdə satışlarının proqnozlardan 50% aşağı olacağını açıqlayıb.
Jaguar Land Rover (JLR) qlobal çip böhranının pisləşdiyi xəbərdarlığını edib.
Beləliklə şirkət, böhran səbəbiylə istehsalını azaldan böyük avtomobil istehsalçılarının arasına qatılıb.
SAIC Motor ilin ilk yarısı üçün avtomobil satış hədəfini təxminən 500 min ədəd azaldıb, Nissan-dan Volkswagen və Hyundai-yə qədər bir çox avtomobil istehsalçısı çip çətinliyi səbəbi ilə ehtiyatların azaldığı və böhranın bu yay da davam edəcəyi xəbərdarlığını ediblər.
Pandemiya ilə əlaqədar olaraq avtomobil sektorunda dekabr ayında başlayan çip böhranı, tətbiq olunan karantinlər səbəbilə 2021-ci il ərzində artaraq davam edir. May ayında AlixPartners məsləhət şirkəti, böhranın avtomobil satışlarında 110 milyard dollarlıq itkiyə gətirib çıxaracağını proqnozlaşdırıb.
JLR-in açıqlamasından sonra şirkətin iş ortaqlarından Hindistanın Tata Motors şirkətinin səhmləri Mumbaidəki əməliyyatlarda 10% ucuzlaşıb.
JLR mövzu haqqında, "çip böhranı hələ davam edir və proqnoz verməyi çətinləşdirir", - şərhinə də yer verib./marja
"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA










