"Kia" yeni "SUV EV9" elektromobilini təqdim edib
Kia yeni tam elektriklə işləyən SUV EV9 modelini Los-Anceles avtomobil sərgisində təqdim edib.
Marja xəbər verir ki, EV9 Kia-nın bu yaxınlarda təqdim etdiyi elektrikli modeli EV6-nın bir növ konseptual davamıdır.
EV6 kimi, EV9 da, şirkətin elektromobillər üçün Elektrik-Qlobal Modul Platforması (E-GMP) üzərində qurulub.
Şirkətdən verilən məlumata görə, iti kənar konturların dizaynı təbiətdəki kristallar və qayalardan ilhamlanaraq hazırlanıb.
350 kilovatlıq enerji təqdim edən modelin batareyaları 20 dəqiqə ərzində 80% dola bilir. EV9-un batareyası tam dolu olduqda 483 kilometr məsafə qət etmək mümkündür.
Konsept avtomobilin salonu xaricindəki kimi kəskin xətlərdən ibarət deyil. Avtomobil 27 düymlük sürücü məlumat və multimedia displeyi ilə təchiz olunub.
3 cərgə oturacaqlara malik olan avtomobildə orta cərgə oturacaqları masaya çevrilə bilir. 1-ci və 3-cü cərgə oturacaqları isə qarşılıqlı fırlanma xüsusiyyətinə malikdir. Alternativ olaraq, 3-cü sıra oturacaqları tamamilə fırlanaraq baqaj hissədən çölü izləmək mümkündür.
Avtomobilin döşəməsi üçün dənizdən toplanan balıq torları və plastiklər kimi təkrar emal edilmiş materiallardan istifadə edilmişdir.
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
Almanları birləşdirən avtomobil - FOTOLAR
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR












