"Lada" avtomobilləri il ərzində 9-12% bahalaşıb

Rusiyanın "AvtoVAZ" şirkətinin istehsal etdiyi avtomobillər il ərzində modeldən asılı olaraq 9-12% bahalaşıb.
Avtosfer.az-ın verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Yüksək Texnologiyalı Sənaye Məhsullarının İnkişafı, İstehsalı və İxracının Təşviqi üzrə Dövlət Korporasiyasının ("Rostex") rəhbəri Sergey Çemezov bildirib.
Avtomobillərin qiymətinin artmasının səbəbləri arasında o, demək olar, bütün xammalın – polad, plastik, metal və elektron komponentlərin bahalaşmasını qeyd edib.
"Biz bütün modellərin qiymətini bir anda artıra bilmərik, çünki o zaman rəqabətsiz olacağıq", - Çemezov qeyd edib.
O həmçinin əlavə edib ki, "AvtoVAZ"ın qiymət siyasəti rəqiblərin, məsələn, "Hyundai" və ya "Kia"nın qiymətləri nə qədər artırmasına əsaslanır.
Xatırladaq ki, "Alliance Rostec Auto"da "Rostex" 32,39%, "Renault" isə 67,61% paya sahibdir.
APA
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












