Lamborghini V12 mühərriki olan iki yeni modeli buraxacaq - FOTO

Lamborghini şirkəti 2020-ci ili rekord mənfəətlə başa vurub. Qeyd etmək lazımdır ki, italyan istehsalçısı bu nəticəyə gəlir və satışlardakı azalmanın, həmçinin koronavirus pandemiyası səbəbindən 70 günlük məcburi dayanmanın fonunda əldə edib. Bununla birlikdə, əsas məsələ başqadır. Maliyyə nəticələrinin açıqlanması ilə yanaşı, italyan istehsalçısı iki yeni modeli buraxacağını elan edib - ən maraqlısı odur ki, hər iki avtomobil V12 mühərrikini alacaq və bu ilin sonuna qədər debüt edəcəkdir.
Keçən il Lamborghini şirkətinin gəliri 11% azalaraq 1,61 milyard avroya enib. Eyni dövrdə avtomobil satışları 9,4% azalaraq 7340 ədəd təşkil edib. Ancaq bu, italyan markasının tarixindəki ikinci ən yaxşı nəticədir - 2019-cu ildə istehsalçı 8,205 ədəd superkar satmağa müvəffəq olmuşdu. ABŞ markanın ən böyük satış bazarı olaraq qalır - 2224 ədəd. Sonrakı yerləri Almaniya (607), kontinental Çin, Hong Kong və Makao (604), Yaponiya (600), Böyük Britaniya (517) və İtaliya (347) tutur.
Bu il Lamborghini şirkətinin planlarında V12 mühərriki ilə təchiz edilmiş iki yeni superkarın buraxılması var. İtalyanlar detalları açıqlamırlar, lakin“Autocar” nəşrinin bildirdiyinə görə, şirkət Sian FKP 37 modelindəki güc qurğusuna bənzəyən aqreqatla hərəkətə gələn modeli hazırlayır. Çox güman ki, söhbət məhdud saylı tirajla buraxılacaq superkardan gedir. Bundan başqa, bu il Countach prototipinin debütünün 50 illik yubileyi qeyd olunacaqdır - bu da, məsələn Aventador modelinə əsaslanan yubiley versiyasının buraxılması üçün səbəb ola bilər.
Huracan STO modeli də unudulmayıb. Modelin kommersiya buraxılışı bu ilə planlaşdırılıb. Superkar yeddi pilləli LDF “robotu” ilə tandeemdə çalışan5,2-litrlik V10 (640 at qüvvəsi və 565 Nm) atmosfer mühərrikini alıb və 100 km/saata üç saniyəyə sürətlənir. STO indeksli modeli Huracan Performante modelindən 43 kiloqram yüngüldür və əl ilə tənzimlənən antiqanad sayəsində 53% daha çox yerəbasma gücünə malikdir./autograph
Çin şirkəti yeni elektromobilini təqdim etdi – 9 dəqiqəyə tam şarj - FOTO
Elektromobillərin batareyasında yeni texnologiya - 9 dəqiqəyə tam şarj mümkün olacaq – RƏSMİ
Pekin avtomobil sərgisi açılır: 181 PREMYERA, 71 KONSEPTUAL MODEL
Moped və motosiklet sürücülərinin hazırlanması və təhlükəsiz idarəetmə qaydaları necə olmalıdır? - AÇIQLAMA
Avropada elektromobil satışında rekord; martda yarım milyonu keçib - RƏSMİ
Rusiyada təzad: ucuz modellər satılmır, lüks maşın bazarı böyüyür
Bu ilin ilk rübündə dünyada avtomobil istehsalı azalıb - RƏSMİ
Bu marka avtomobillərin antifrizinə nəzarət edin; qüsurlar ortaya çıxa bilər – AVTOMOBİL USTASI
Avtomobil alarkən kondisioneri necə yoxlamalı? - FOTO
Tramp avtomobil şirkətlərinin istəyini rədd etdi; güzəşt olmayacaq - RƏSMİ
Yağışlı havada elektrikomobil sürmək təhlükəlidirmi? - Ekspert real vəziyyəti AÇIQLADI












