Land Rover Defender 130 modeli yaxın zamanlarda debüt edəcək - FOTO

Jaguar Land Rover şirrkətinin maliyyə direktoru yaxın zamanlarda səkkiz yerlik Defender 130 modelinin debüt edəcəyini təsdiqləyib. Yeni modifikasiya yaxın 18 ay ərzində işıq üzü görəcək və salonun tərtibatı ilə fərqlənəcəkdir - ofrouderin tutumunun artırılmasına, arxa kuzov çıxışının uzadılması sayəsində nail olunacaqdır. Defender 130 modelinin satılacağı əsas bazarlar ABŞ, Çin və Yaxın Şərq olacaqdır.
Avtosfer.az autograph.az-a istinadən bildirir ki, Land Rover Defender 130 modeli "110" indeksli ofrouderin təkər bazasını qoruyacaqdır. Buna görə də, onun konstruksiyasında dəyişiklik gözlənilmir.
130 indeksli modelin kuzovunun uzunluğu 82 millimetr artaraq 5100 millimetrə çatacaqdır - artım üçüncü sırada yalnız uşaqları deyil, həm də böyükləri yerləşdirməyə imkan verəcəkdir.
Cari Land Rover Defender 110 modeli yeddi və ya səkkiz yerli (opsional mərkəzi ön oturacaqla) konfiqurasiyada təklif olunur, lakin jurnalistlər "qalereyanın" çox dar olduğunu qeyd ediblər.
Genişləndirilmiş üçcərgəli versiyanın təqdimatı ilə Defender xəttinin formalaşdırılması başa çatmayacaqdır: "130" indeksli ofrouderin bazasında pikap buraxıla bilər - artıq utilitar versiya barədə şayiələr uzun müddətdir ki, dolaşır.
Defender 130 modelinin qarşıdan gələn debütü Discovery modelinin erkən təqaüdə çıxmasına səbəb ola bilər - bu modelin cari nəsli çox zəif satılır, Jaguar Land Rover konserninin rəhbərliyi isə, Reimagine strategiyası çərçivəsində xərclərin azaldılması üçün istənilən fürsətdən yararlanmağa hazırdırlar.
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır












