M3 və M4 modelləri üçün tüninq proqramı hazırlandı - FOTO

Manhart atelyesi yeni BMW M3 və M4 modelləri üçün hazırladığı tüninq proqramını təqdim edib. Buraxılış sisteminin dəyişdirilməsi və mühərrikin fərqli idarəetmə proqramının qurulaşdılması 3,0-litrlik altısilindrli bitrurbo mühərrikin gücünü 620 at qüvvəsi, fırlanma anını isə 750 Nm-ə artırmağa imkan verib. Manhart mühəndisləri söhbətin ilk mərhələdəki təkmilləşdirmələrdən getdiyini və tezliklə daha radikal yeniləmələrin üzərindən sirr pərdəsinin götürləcəyini vəd ediblər.
Məlum olduğu kimi, BMW M3/M4 modellərinin zavod versiyaları 480 (550 Nm) və ya 510 (650 Nm) at qüvvəsinə malikdirlər. Manhart mütəxəssisləri çip-tüninq vasitəsi ilə əlavə 110 at qüvvəsi və 100 Nm fırlanma anı əldə ediblər. artırmağa imkan verir. Qeyd etmək lazımdır ki, güc qurğusuna müdaxilə proqram təminatının dəyişdirilməsi ilə məhdudlaşır.
Eksteryer tərtibatını sevənlər üçün bütöv bir təkmilləşdirmələr paketi hazırlanıb: həm sedan, həm də kupeni karbondan kapot, bamperlər və kandarlara vurulan karbon əlavələr, "formula" əyləc işığı olan diffuzor, habelə 21-düymlük firma təkər diskləri ilə təchiz etmək olar. Bundan əlavə, kuzovun hər tərəfinə uzanan və onun xətlərini vurğulayan qızıl rəngli Manhart yapışdırrmalarını sifariş etmək mümkündür.
Manhart atelyesi standart asqını klirensi 40 millimetr azaldan H&R idman yayları ilə əvəzlənməsini təklif edir. Bununla birlikdə, atelyenin mütəxəssisləri daha çox funksional tənzimlənən KW dayaqlarının dəstinin hazırlanmaqda olduğunu bildiriblər. Bundan əlavə, yaxın gələcəkdə S58 mühərrikinin gücləndirilməsi üçün genişləndirilmiş proqramın hazırlanacağını bəyan ediblər. Çox güman ki, "üst" səviyyələrdə giriş və yanacaq sistemləri dəyişdiriləcək və daha səmərəli turbokompressorlar quraşdırılacaqdırlar.
Manhart öz məhsullarının qiymət siyahısı yayımlanmayıb: yalnız ön tərəfində 265/30 R21, arxada 305/25 R21 ölçülü təkərləri olan müxtəlif genişlikli Concave One disklərinin dəstinin 2216 avroya başa gəldiyi məlumdur. F80/F82 kuzovlarında olan M-modellərinin mühərrikinin proqram təminatının dəyişdirilməsi 1700 avroya başa gəlir və bu qiymətin dəyişməz qalacağı ehtimal olunur.








Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ
“Volkswagen” yeni bazarlar axtarır










